525.Az

Şəfiqə Axundova Fəxri Xiyabanda dəfn olunacaq


 

Şəfiqə Axundova Fəxri Xiyabanda dəfn olunacaq<b style="color:red"></b>

Xalq artisti, bəstəkar Şəfiqə Axundova bu gün son mənzilinə yola salınacaq.

Xalq artisti Fəxri Xiyabanda dəfn olunacaq. AzVision.az-a bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mərhumun hansı Fəxri Xiyabanda dəfn olunması hələ məlum deyil.

Qeyd edək ki, mərhumla vida mərasimi bu gün saat 13:00-da Azərbaycan Dövlət Mahnı Teatrının binasında (Rəşid Behbudov küçəsi, 12) baş tutacaq. Mərasim saat 15:00-dək davam edəcək.

 





27.07.2013    çap et  çap et