525.Az

“Nabran Holiday Village”in icarədarı da danışdı


 

“Nabran Holiday Village”in icarədarı da danışdı<b style="color:red"></b>

“Bizim icarə əsasında işlətdiyimiz “Nabran Holiday Village” istirahət mərkəzi bir neçə ildir ki, insanlara yüksək səviyyədə xidmət göstərir. Baş verən bədbəxt hadisə bizim hamımızı şoka salıb. Heç kim bu hadisənin baş verməsini istəməzdi. Xüsusi ilə bu hadisə körpə bir uşağın başına gəlib və biz bundan çox təəssüflənirik”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Nabran Holiday Village”i icarə əsasında işlədən Firdovsi İsmayılov deyib.

Onun sözlərin görə, hadisə baş verəndən bəri mətbuatda dərc olunan informasiyaların əksəriyyəti onların mövqeyi olmadan yayılıb:
 
“Əvvəla onu deyim ki, istirahət mərkəzinin sahibinn adını hallandırmaq düzgün deyil. Burada icarədar bizik və hər şey müqavilə əsasında həyata keçirlir. Biz də yaxamızı kənara çəkmirik. Hadisə baş verən anda da öz yardımımızı etmişik. Bu hadisədən dərhal sonra prokurorluqda cinayət işi açılıb. Hazırda istintaq gedir. Nəticənin ədalətli olacağını gözləyirik. Sadəcə demək istəyirik ki, biz bir iş adamı kimi öz obyektimizdə belə bir hadisənin baş verməsini heç vaxt arzulmazdıq. Bu bir tərəfdən bizim işgüzar nüfuzumuza zərbə olub, digər tərəfdən isə körpə bir uşağın faciəsinə səbəb olub.

Biz indi hər kəsdən daha çox balaca İmranın sağalmasını və ailəsinə dönməsini arzulayırıq. Yenə də deyirik ki, biz məsuliyyətdən qaçmırıq. Bizim baş verən hadisəyə biganə qalmağımızla bağlı yayılan xəbərlər doğru deyil”.

 





27.07.2013    çap et  çap et