525.Az

İlin sonuncu Günəş tutulması başladı


 

İlin sonuncu Günəş tutulması başladı<b style="color:red"></b>

Artıq cari ilin sonuncu Günəş tutulması başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, Bakı vaxtı ilə saat 12.02-də başlayan təbiət hadisəsi (qismən tutulma), saat 13.46-da maksimum səviyyədə olacaq. Bildirilir ki, proses saat 15.30-da başa çatacaq.

Qeyd olunur ki, ilin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

Bu ilin ilk Günəş tutulması fevralın 15-də baş verib. İlin ikinci Günəş tutulması isə iyulun 13-də qeydə alınıb. Bakı vaxtı ilə saat 05:48-də başlayan İkinci Günəş tutulması hadisəsi saat 08:13-də başa çatıb.

 





11.08.2018    çap et  çap et