525.Az

Xəzəryanı dövlətlərinin V Zirvə toplantısı öz işinə başladı


 

Xəzəryanı dövlətlərinin V Zirvə toplantısı öz işinə başladı<b style="color:red"></b>

Avqustun 12-də Xəzəryanı dövlətlərinin V Zirvə toplantısı öz işinə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov Aktauya səfər ediblər. Prezidentlər hava limanından dərhal toplantının baş tutacağı “Dostluq evi”nə yollanıblar.

Xatırladaq ki, Zirvə toplantısının gündəliyinə 3 əsas məsələ daxil edilib: Xəzər dənizinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq məsələləri və regional və qlobal mövzular. Toplantının yekunu olaraq Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasının imzalanması nəzərdə tutulur.

 





12.08.2018    çap et  çap et