525.Az

Neft Akademiyasının yataqxanasından köç başlayır


 

Neft Akademiyasının yataqxanasından köç başlayır<b style="color:red"></b> Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanasında məskunlaşan məcburi köçkünlərin köçürülməsinə hazırlıqlar başlayıb. Yaxın günlərdə həmin yataqxanaların sakinləri Masazır qəsəbəsində tikilmiş yeni binlara köçürüləcək.
 
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Lent.az-a bildirib ki, artıq Binəqədi rayonunda Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasında  məskunlaşmış ailələrin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinə köçürülməsi başa çatıb. Həmin binada bu günədək köçürülməmiş ailələr isə ikinci mərhələdə köçürüləcək: “Binəqədi rayonunda Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasında qalan köçkünlər üçün Müşfiqabaddakı binaların yaxınlığında 2 yeni beşmərtəbəli binanın tikintisinə başlanıb. Hazırda həmin binalarda tikinti işləri sürətlə davam edir. Tikinti işləri başa çatdıqdan sonra Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasında qalan ailələr  həmin binalarda mənzillərlə təmin olunacaq”.
 
Elçin Qədimov deyib ki, köçürmə komissiyası Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasında işlərini artıq yekunlaşdırıb və yaxın günlərdə ADNA-nın yataqxanalarından köçürməyə start veriləcək: “Bu həftə köçürmə komissiyası Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında işə başlayacaq. Əvvəlcə püşkatma olacaq. Yəni oradakı ailələrin yeni tikilmiş binalardakı mənzilləri püşkatma yolu ilə müəyyən ediləcək. Hər bir ailənin hansı mənzildə yaşayacağı müəyyənləşdikdən sonra onların köçürülməsi üçün komitə tərəfindən pulsuz nəqliyyat vasitəsi ayrılacaq. Çox güman ki, 2-3 həftədən sonra həmin yataqxanalardakı köçkünlər yeni mənzillərində yaşaya biləcəklər”.
 
Elçin Qədimov onu da bildirib ki, hər bir məcburi köçkün ailəsi mənzillərin bölüşdürülməsinə dair püşk atıldıqdan sonra müəyyən edilmiş gün yataqxanadakı otağı boşaltmalıdır. Onun sözlərinə görə, hansısa səbəbdən köçürülmə yubanarsa, bunun məsuliyyətini həmin ailə özü daşıyacaq.
 
Xatırladaq ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən ADNA-nın tələbə yataqxanasında məskunlaşmış 760 ilə üçün Masazırda 13 ədəd beşmərtəbəli binada ibarət yeni şəhərcik salınıb. Həmin binaların 12-i 60, 1-i isə 40 mənzildən ibarətdir. Binalardakı mənzillərdən 90 ədədi 1 otaqlı, 490-ı 2, 170-i 3, 10-u isə 4 otaqdan ibarətdir. Mənzillərin ümumi sahəsi 53 min 206 kvadratmetrdir. Burada həmçinin 540 yerlik üçmərtəbəli məktəb binası, 280 çarpayılıq uşaq bağçası, poçt şöbəsi, tibb məntəqəsi, klub-icma mərkəzi, 4 qazanlı istilik qazanxanası, 2 elektrik yarımstansiyası, 2 ədəd 500 kubmetrlik içməli su anbarı, 2 ədəd yanğın əleyhinə su anbarı da inşa olunub.
 





29.07.2013    çap et  çap et