525.Az

Milli Şuranın sammiti “Vere Palace” otelində keçiriləcək


 

Milli Şuranın sammiti “Vere Palace” otelində keçiriləcək<b style="color:red"></b>

“Media forum” saytı bildirir ki, Milli Şura üzvlərinin qurumun sədri və prezidentliyə namizədi Rüstəm İbrahimbəyovla Tbilisi görüşü iyulun 30-u axşam saat 17-də başlanacaq. Görüş “Vere Palace” otelində keçiriləcək.

Məlumatı “Media forum” saytına Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev verib.

Zəfər Quliyevdən savayı görüşdə Milli Şuradan Eldar Namazov, İsa Qəmbər, Sülhəddin Əkbər, Eldar Əliyev, Vidadi Mirkamal, Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Əvəz Temirxan, Köçəri Nağıbəyli, Bəybala Əbil iştirak edəcəklər.

 





30.07.2013    çap et  çap et