525.Az

ARDNŞ, BP və «Total» şirkətləri TAP konsorsiuma qoşulub


 

ARDNŞ, BP və «Total» şirkətləri TAP konsorsiuma qoşulub<b style="color:red"></b>

Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» layihəsinin işlənməsi üzrə konsorsiumun üzvü olan Azərbaycan Dövlət Neft Şirkəti, BP və «Total» şirkətləri Trans-Adriatik qaz boru kəməri (TAP) konsorsiumuna qoşulub.

TAP konsorsiumdan «APA-Economics»ə verilən məlumata görə, bu konsorsiumda ARDNŞ və BP hər biri 20%, «Total» isə 10%-lik paya sahib olub.
 
Bundan başqa, Avropada əsas qaz tranziti operatoru olan «Fluxys» şirkəti də 16% payla TAP-a qoşulub. Məlumatda deyilir ki, TAP səhmdarları olan İsveçrənin «Axpo», Norveçin «Statoil» və Almaniyanın «E.ON» şirkətləri də layihəni dəstəkləməkdə davam edir.

Nəticədə, TAP səhmdarları rolunda artıq BP (20%), ARDNŞ (20%), «Statoil» (20%), «Fluxys» (16%), «Total» (10%), «E.ON» (9%) və «Axpo» (5%) şirkətləri çıxış edir.

TAP-ın icraçı direktoru Kyetil Tunqland qeyd edib ki, yeni səhmdarlar TAP-ın strateji mövqelərini əhəmiyyətli dərəcədə genişləndirəcək və bu, daha sonra bütün Cənub Qaz Dəhlizinin inteqrasiyasını gücləndirəcək.

Bununla yanaşı bildirilir ki, TAP layihəsi bundan sonra da tərəfdaşların qoşulması üçün açıqdır.

 





30.07.2013    çap et  çap et