525.Az

Qəbul imtahanlarının nəticələri açıqlanıb


 

Qəbul imtahanlarının nəticələri açıqlanıb<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 28-də keçirdiyi 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında (www.tqdk.gov.az) yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə öyrənə bilərlər.
 
Qeyd edək ki, bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.

 





30.07.2013    çap et  çap et