525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

 Avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-26 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, avqustun 1-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 29-34 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

 





31.07.2013    çap et  çap et