525.Az

Azərbaycan İnformasiya Texnologiyaları Universiteti tələbə qəbuluna başlayıb


 

Azərbaycan İnformasiya Texnologiyaları Universiteti tələbə qəbuluna başlayıb<b style="color:red"></b>

 Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, İnformasiya Texnologiyaları Universiteti Azərbaycan prezidentinin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə yaradılıb və 2013/2014-cü tədris ilində  bakalavr səviyyəsində dövlət sifarişi əsasında «İnformasiya təhlükəsizliyi», «Kompüter elmləri», «Kompüter mühəndisliyi» və «İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi» ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirəcək.
 
Birinci il intensiv şəkildə ingilis dili tədris ediləcək, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar üzrə ingilis dilində təhsil aparılacaq. 2013/2014-cü tədris ilində abituriyentlərin qeydiyyatı və ingilis dilinin tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaq.
 
Qeyd edək ki, 600-dən yuxarı bal toplamış hər bir abituriyent Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 1 noutbuk, Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı, Universitetin məzunlarının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunması, Universitetin məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstək verilməsi və müxtəlif  həvəsləndirici mükafatlar (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.) imkanı əldə edəcək.

 





31.07.2013    çap et  çap et