525.Az

Rusiya yeni məxfi raketini sınaqdan keçirdi - Video


 

Rusiya yeni məxfi raketini sınaqdan keçirdi - <b style="color:red">Video </b>

Rusiya məxfi saxlanılan yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, raketin buraxılması kadrlarını Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Sınaq Qazaxıstanda Sarı-Şağan poliqonunda keçirilib. Hava hücumundan müdafiə raketi şərti hədəfi tam dəqiqliklə vurub.

Yeni raketin dünyada analoqunun olmadığı iddia edilir. Raketin bütün xüsusiyyətləri - sürəti, uçuş məsafəsi və hətta xarici görünüşü belə gizli saxlanılır.

Hava hücumundan müdafiə sistemi Rusiya Hərbi Kosmik Qüvvələrin Raket Əleyhinə Müdafiə Qoşunlarının arsenalındadır və paytaxt Moskvanı, eləcə də Mərkəzi Sənaye Bölgəsini ballistik raket hücumlarından qorumaq üçün nəzərdə tutulub.

 





30.08.2018    çap et  çap et