525.Az

“Səhər-2”yə Azərbaycan əleyhinə siyasi verilişlər hazırlamaq qadağan edilib


 

“Səhər-2”yə Azərbaycan əleyhinə siyasi verilişlər hazırlamaq qadağan edilib<b style="color:red"></b> İranın Ali Milli Təhlükəsizlik Şurası bu ölkənin “Səhər-2” kanalına siyasi yönümlü verilişlərin hazırlanması və yayımlanmasını qadağan edib.

Telekanala yalnız mədəni və ictimai verilişlər hazırlamaq tapşırılıb. Bunu İranın Azərbaycandakı səfiri postuna namizədliyi təqdim olunmuş Möhsin Pak Ayin şərqi Azərbaycan əyalətinin rəsmiləri ilə görüşü zamanı deyib. O, əlavə edib ki, Ali Milli Təhlükəsizlik Şurası, həmçinin müxtəlif şəxslərə İran-Azərbaycan münasibətləri ilə bağlı qeyri-rəsmi açıqlamalarla müdaxiləni də qadağan edib.

”Ümid edirik ki, Ali Milli Təhlükəsizlik Şurasının bu qərarı qəbul etməsi Azərbaycan tərəfinin İrana etimadını qazandıracaq və əməkdaşlığın inkişaf etdirilməsində Tehranın siyasi iradəsini nümayiş etdirəcək”, - Pak Ayin belə deyib. (ANS TV)
 





06.10.2012    çap et  çap et