525.Az

İsa Qəmbər-İbrahimbəyov görüşündə nədən danışıldı?


 

İsa Qəmbər-İbrahimbəyov görüşündə nədən danışıldı?<b style="color:red"></b> Müsavat başqanı  İsa Qəmbərlə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun 2 saata yaxın davam edən görüşü başa çatıb.
 
“Yeni Müsavat”a açıqlamasında İsa Qəmbər görüşün səmimi atmosferdə keçdiyini və faydalı nəticələr əldə edildiyini deyib: “Çox faydalı görüş oldu. Rüstəm müəllim durumu hərtərəfli müzakirə etdik. Milli Şuranın seçkilərdə iştirakı, Milli Şuranın vahid namizədinə yaradılan əngəllər, onun namizəd kimi qeydiyyatdan keçməsi üçün hansı addımlar atılmasını vacibliyi geniş müzakirə edildi. Şəxsən mən söhbətdən çox razı qaldım. Hesab edirəm ki, Rüstəm müəllim də razı qalıb”.
 
İ. Qəmbər Tiflis müşavirəsini müsbət dəyərləndirib: “Bütün fikirlər səsləndi, hər kəsin mövqeyi bir daha bəlli oldu. Kimin məsələlərə nə cür yanaşdığı da bəlli oldu. Faydalı müzakirələr oldu”
 





31.07.2013    çap et  çap et