525.Az

Qənirə Paşayeva vəsiyyətnaməsindən danışdı


 

Qənirə Paşayeva vəsiyyətnaməsindən danışdı<b style="color:red"></b>

Millət vəkili Qənirə Paşayevanın orqanlarını vəsiyyət etməsi ictimaiyyətdə səs-küyə səbəb oldu. Deputatın atdığı ilk addımdan sonra bir neçə nəfər də bu xeyirxah əmələ qoşuldu. Millət vəkilinin dəstəkləyənlərin çox olmasına baxmayaraq, atdığı bu addım kütləvi hal almadı. Görəsən deputat məsələni yenidən gündəmə gətirəcəkmi?

Qənirə Paşayeva modern.az saytına bildirib ki, məsələnin ictimailəşmədiyini demək olmaz. Onun sözlərinə görə, mövzu ictimaiyyətə təqdim olunmadığından ictimailəşməmişdi.

”Amma ziyalılarımız, ictimaiyyət nümayəndələrimiz bu işə çox ciddi dəstək verdilər. Azərbaycanda transplantasiya 5-6 il əvvəl çox qəribə görünərdi. Belə əməliyyatları Neftçilər xəstəxanasında həyata keçirirdilər. Transplantasiya ilə bağlı ölkəmizdə problemlər var. Öz vəsiyyətnaməmdə bu məsələyə toxunmuşdum. Bunlardan ən önəmlisi orqan bağışlanmasıdır. Çünki bütün dünyada o ölkələrdə ki, transpolontologiya inkişaf edir orada orqan bağışlanma sistemi də inkişaf edir. Bir-birinə çox bağlı anlayışlardır. Transpolontologiya sağlam insandan orqan alıb köçürmənin üzərindədir. O, insanlar transpolontologiyaya gedə bilər ki, onlar ya bir bədəndə cütdürlər, ya da qara ciyər kimi artan hüceyrələri olan orqanlardır. Bundan başqasını edə bilməzlər. Çünki ölən insandan dünyasını dəyişən insandan orqan köçürülməsi sistemi hələ oturmayıb. Əgər beyin ölümü, ölmüş insanların orqanlarının köçürülməsi öz həllinin tapsa, transpolontologiya daha çox inkişaf edəcək. Təkcə qara ciyər, böyrək köçürmə əməliyyatları deyil geniş növdə bu əməliyyatlar arta bilər. Bu istiqamətdə də irəliləyişlər var”.

Millət vəkili mövzunun kifayət qədər ictimailəşdiyini deyir. O, orqanların vəsiyyətinin bu qədər gec ictimailəşməsinin səbəbini mövzunun ictimaiyyətə təqdim edilməməyində görür. Deputatın sözlərinə görə, ziyalılar, ictimaiyyət nümayəndələri bu işə çox ciddi dəstək verdilər.

“Çünki hər kəs anlayır ki, bu həm də ona lazımdır. Düşünün ki, yolla getdiyimiz zaman qəza keçirə bilərik. Orqan köçürməyə ehtiyacı olan biz də ola bilərik. Məsələn, ailənizin imkanı var ki, sizin orqan köçürməniz üçün xaricə apara bilsin. Amma elə məqamlar ola bilər ki, sizi təyyarəyə qoyub harasa aparmaq belə, sizin üçün çox gec ola bilər. O zaman o əməliyyat burda olsa, həyatımız xilas ola bilər. Ən vacibi bu sistemin fəaliyyətə başlamasıdır. Ümid edirik ki, Səhiyyə Nazirliyimiz, cavabdeh qurumlar bu istiqamətdə sistem kimi fəaliyyəti başlamasını sürətləndirəcək. Bu dünyanın sivil ölkələrinin getdiyi yoldur. Biz əslində yeni bir şey kəşf etmirik. Hesab edirəm ki, səhiyyə qurumları bununla bağlı addımlar atmalıdırlar. Ola bilsin ortaya ilk anlar hansısa problemlər çıxa bilər. Əgər iş varsa problemlər də olacaq. Bunu mütləq həll etməliyik. Biz yüzlərlə məhv olan insanın həyatını xilas edə bilərik. Niyə bu addım atılmamalıydı ki?!”, – deyə Qənirə Paşayeva bildirib.

 





31.07.2013    çap et  çap et