525.Az

Prezident Tərtərə 3,2 milyon manat ayırdı


 

Prezident Tərtərə 3,2 milyon manat ayırdı<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılması qeyd olunur.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 





31.07.2013    çap et  çap et