525.Az

İsrail parlamentində ilk dəfə Fələstin bayrağı


 

İsrail parlamentində ilk dəfə Fələstin bayrağı<b style="color:red"></b> İsrail parlamentində ilk dəfə yəhudi dövlətinin rəsmi bayrağı ilə yanaşı Fələstin muxtariyyətinin də bayrağı qaldırılıb.
 
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Leyboristlər Partiyasından olan deputat Hilik Bar bunun ilk hadisə olduğunu söyləyib. Onun sözlərinə əsasən, tərəflər arasında müzakirənin Ramallahda davam etdirilməsi məqsədi ilə 35 nəfər deputat və İsrail nazirləri parlamentdə Abdulla Abdullanın başçılığı ilə Fələstin qanunvericilərindən ibarət nümayəndə heyətini qəbul edib.
 
«İki dövlət, iki millət» tərəfdarı olan yəhudi deputatlarla FƏTH hərəkatının liderləri arasında keçirilən görüş iyulun 29-da İsraillə Fələstin nümayəndələri arasında Vaşinqtonda başlamış danışıqların davamı kimi də dəyərləndirilir.
 
Fələstin bayrağı da nümayəndə heyəti ilə görüş zamanı İsrailin bayrağı ilə yanaşı qoyulub.
 





01.08.2013    çap et  çap et