525.Az

Oljas Süleymenov: “Yazmaq! Dayanmadan yazmaq! Nə qədər çətin olsa da, yazmaq!


 

Oljas Süleymenov: “Yazmaq! Dayanmadan yazmaq! Nə qədər çətin olsa da, yazmaq!<b style="color:red"></b>

Bütün inkişaf edən dünyanı, həyati, bəşəriyyəti sözə çevirmək!”

 

Pərvinin həmsöhbəti qazax şairi, yazıçı-ədəbiyyatşünası Oljas Süleymenovdu.

 

 

Pərvin: Azərbaycana budəfəki səfərinizinsəbəbkarı Nizamidi. Bilirik ki, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin dəvəti ilə dahi şairimiz Nizami Gəncəvinin 870 illik yubileyində iştirak üçün təşrif buyurmusunuz ölkəmizə. Gəncədə keçirilən tədbirlər artıq yekunlaşmaq üzrədi. İstərdim ilk öncə tədbirlə bağlı təəssüratlarınızı bizimlə bölüşəsiniz.

 

Oljas Süleymenov:  Təşəkkür edirəm. Azərbaycana vaxtaşırı səfərlərim olur. Amma budəfəki gəlişimin səbəbi, dediyiniz kimi, Nizaminin yubileyidir. Artıq iki gündü Gəncədə Nizamiylə bağlı mərasimlərdə iştirak edirəm. İstər-istəməz 30 il öncəni xatırlayıb müqayisə aparıram. Onda Nizaminin 840 illik yubileyinə, indiki Gəncə, o zamankı Kirovabad şəhərinə gəlmişdim. O zaman həmin tədbiri Heydər Əliyev təşkil etmişdi. Adətən yubileylər yuvarlaq rəqəmlərlə bağlı keçirildiyindən, təəccüblənmişdik. Onda mən Heydər Əliyeviçdən bu barədə soruşdum. O cavab verdi ki, Nizami kimi dahilərin yubileyini hər il qeyd etmək olar. Bu sözlərin arxasındakı mənanı sonralar daha yaxşı anladım. Təəssüf ki, Nizaminin 850 illiyi 1992-ci ilə, Azərbaycan üçün çox çətin bir dövrə təsadüf etmişdi, ona görə yubileyi təmtəraqla qeyd etmək imkanı olmamışdı. mən 1992-ci ildə Heydər Əliyevin on il öncəki sözlərinin dərinliyini çox dəqiq dərk etmişdim. Mənə elə gəlir ki, o bəlkə qarşıda yaşanacaq çətinlikləri öncədən duyduğu üçün belə etmişdi. Bu gün Nizaminin 870 illik yubileyi qeyd olunur bu, yuvarlaq rəqəm deyil - mən Heydər Əliyevə ənənəni pozduğuna görə minnətdarlıq hissi duyuram. Çünki belə tədbirlər Nizami kimi böyük bir şəxsiyyətin, dahi şairin bu torpaqda yaşayıb-yaratdığını insanlığa xatırladır. Mən sevinirəm ki, İlham Əliyev atasının qoyduğu, yaxud dəyişdirdiyi adəti davam etdirərək bu cür sərəncam verib. Çünki Nizaminin yubileyi sonraya saxlanılmamalıdı.

 

Pərvin: 1992-ci ildən danışdınız. Ölkədəki ab-hava, ovqat Nizamini belə unutdurmuşdu. Siz o zamandan bəri Azərbaycan mədəniyyətini, incəsənətini həm uzaqdan, həm yaxından izləyən adam kimi bugünkü durumu necə dəyərləndirərdiniz?

Oljas Süleymenov: 2002-ci ildən Qazaxıstanın UNESCO-dakı daimi nümayəndəsiyəm. Bu işimlə, yazıçılıqla əlaqədar, yaxud sadəcə gəzmək üçün müxtəlif ölkələrə səfərlərim olur. Son illərdə Azərbaycan mədəniyyətinin, incəsənətinin uğurları həqiqətən heyrətamizdi. Azərbaycan öz müstəqilliyini çətinliklə əldə etmiş ölkədi. Təbii ki, müharibənin fəsadları bu gün müəyyən dərəcədə hiss olunur. Amma bununla yanaşı, mədəniyyət, ədəbiyyat sahəsində xeyli işlər görülüb. Mənə belə gəlir ki, bu, hər şeydən öncə dövlət başçısının xidmətidi. İlham Əliyev xalqa xidmət edir, Mədəniyyət turizm naziriniz Əbülfəs Qarayev onun verdiyi tapşırıqları vicdanla yerinə yetirir. Nəticədə sənət qazanır. Səmimi deyirəm, başqa ölkələrdə mədəniyyət nazirləri bu qədər işgüzar qabiliyyətli deyillər. Bu da məni Azərbaycanı sevən adam kimi sevindirir.

Pərvin: Son illər yaradıcılığınız haqqında geniş məlumatlı deyilik. Şeirdən, poeziyadan uzaqlaşmağınızın səbəbi çox maraqlıdı. Azərbaycan oxucusu sizin şeirlərinizi istər rus dilində, istərsə Cabir Novruzun tərcüməsində oxumuşdu...

Oljas Süleymenov: Yaradıcılığımın ilk illərində şeir yazmağa meylim bundan daha artıq idi. Bizləri 60-cılar nəslinə aid edirlər. Elə o dövrlərdə şeirlərim çox çap olunurdu. Bir sıra dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuşdu şeirlərim. Son illərdə fikirlərimin poetik ifadəsinə ara-sıra ehtiyac duyuram. Bəzən düşüncələrini nəsrlə ifadə edə bilmirsən. Onda şeirə üz tutmalı olursan. Amma son şeirlərim oxucu üçün deyil hələlik. Bəlkə vaxtsa fikrim dəyişsə, ola bilər.




Pərvin
: İndi haqqınızda yazılan əsərlər öz əsərlərinizdən daha çoxdur yəqin ki...

Oljas Süleymenov: (gülür) Belə demək olar. Əslində nəsr sahəsində ciddi işlər görürəm, çox yazıram. Amma az çap olunuram. Hazırda bir kitab üzərində işləyirəm. Əvvəlcə bu kitabın adını “1001 sözqoymaq istəyirdim. Sonra fikrimi dəyişdim sadəcə “1001” adlandırmaq qərarına gəldim. Kitabı belə adlandırmaq istəyim Jan Jak Russonun sözlərindən yaranıb. O demişdi ki, 1000 yol insanı azdırır, 1 yol isə həqiqətə aparır həmin o bir yol minincidən sonra gəlir. Fikir verin, həqiqətə aparan yol birinci, onuncu, yüzüncü deyil, məhz minbirinci yoldu. Doğru yolu tapmaq üçün min dəfə səhv istiqamətdə gedib, sınaqdan keçirib, çaşıb, azıb əziyyət çəkməlisən.

Pərvin: Maraqlıdır. Haqqında danışdığınız “1001” kitabı nədən bəhs edir?

Oljas Süleymenov: Belə demək olar ki, “1001” kitabı şüurlu insanın yaranma tarixi barədədi. Eyni zamanda, kitabda yazının, dinin, mədəniyyətin sairənin yaranma tarixçəsinə toxunulur. Hazırda kitab üzərində işlər davam edir. Qeyd edim ki, biz UNESCO ilə layihə təşkil etmişik. Həmin layihə çərçivəsində 2008-ci il iyun ayında Parisdə Qazaxıstan daimi nümayəndəliyinin təşkilatçılığı iləXalqların birinci böyük köçüadlı Beynəlxalq Konfransı keçirilmişdi. Bu Konfrans Homo-sapiensin Afrikadan çıxıb başqa qitələrə yayılması mövzusundaydı. İkinciAmerikada  məskunlaşmaadlı konfrans isə ötən il Nyu-Yorkda Kolumbiya Universitetinin bazasında baş tutdu. Bu ilin sonu, yaxud gələn ilin əvvəlində isəCənub-Şərqi Asiyada məskunlaşmamövzusunda konfransın Çində keçirilməsi nəzərdə tutulur. İndiyə kimi bu konfranslarda Qazaxıstanın, Fransanın, İtaliyanın, Rusiyanın, Böyük Britaniyanın görkəmli genetika, arxeologiya, antropologiya, linqvistika üzrə alimləri iştirak ediblər. Onlar çıxışlarında millətlərin ilk böyük miqrasiyalarının səbəbləri, hərəkət istiqamətləri, Avropada, Mərkəzi Asiyada, Amerikada məskunlaşmalar barədə öz ehtimallarını irəli sürmüşdülər. Bu barədə müzakirələr keçirilmişdi. Həmin materiallardan ibarət toplular rus ingilis dilində işıq üzü görüb.  Dediyim kitabın yazılmasında, toplanmasında məhz bu konfransların əhəmiyyəti böyükdü. Yeri gəldikcə həmin çıxışlardan əldə etdiyim faktları da “1001” kitabıma əlavə edirəm.

Pərvin: Bu kitabla bağlı çoxmu işləriniz, araşdırmalarınız qalır? Ümumiyyətlə, kitabın oxuculara təqdim olunmasını zamana planlaşdırırsınız?

Oljas Süleymenov: Bu çox geniş bir araşdırmadı. Linqvistika, dilçilik, tarix, dinin yaranmasına tamamilə yeni baxış ortaya qoymaq niyyətindəyəm. Ona görə kitab üzərində işin yaxın günlərdə yekunlaşacağına inanmıram. Amma ümid edirəm ki, ən azından kitabın bir hissəsi, deyək ki, “Türklərin böyük köçüadlanan bölüm işıq üzü görəcək.

Pərvin: Doğrusu, bu sahədə məlumatımız azdı. Amma dediklərinizdən belə qənaətə gəldim ki, “1001” kitabınızıAz i Yanın davamı da hesab etmək olar, elə deyilmi?

Oljas Süleymenov: Əlbəttə! Belə hesab etmək olar. “Az i Yadan sonra bu mövzudaTürklər tarixdən qabaqadlı kitabım 2001-ci ildə işıq üzü görmüşdü. Bu kitab da qədim türk dilləri yazısı haqqında idi. “Türklər tarixdən qabaq “1001” kitablarınıAz i Yanın davamı saymaq düzgündü.

Pərvin: Bu yerdə bir uşaqlıq xatirəmi sizinlə bölüşmək istərdim. Yadımdadı  ki, evimizdə sizinAz i Yakitabınızın bir neçə nüsxəsi vardı. Onda hamı bu kitabayoluxmuşdu”. Böyüklərin bu əsəri müzakirə etmələrinin tez-tez şahidi olurdum. O zamanlar mən elə bilirdim ki, siz azərbaycanlısınız. Düşünürdüm, maraqlıdır, bizim millətdə Oljas adlı ikinci bir adam varmı? Məncə, 80-ci illərin sonunda balaca bir uşağın sizi öz həmyerlisi hesab etməsi simvolik hadisədi.

Oljas Süleymenov: (gülür) Çox maraqlı hadisədi həm . Əlbəttə, uşaqların düşüncələri saf olur. Azərbaycanda özümlə bağlı çoxlarındanbizim yazıçıifadəsini eşitmişəm. Bu ölkə mənə olduqca doğmadır. Mənim bura xüsusi münasibətim var. Eyni zamanda, Azərbaycanda mənim köhnə, fəal, sadiq oxucularım çoxdu. Hələ ilk kitablarımdan mən bu ölkənin vətəndaşlarından müxtəlif müsbət rəylər almışam. Allaha şükürlər olsun ki, burada saysız-hesabsız dostlarım var. Ötən il 75 illik yubileyim ölkənizdə çox böyük təmtəraqla qeyd edildi. Əlbəttə, təkcə bu faktın özü Azərbaycanın mənə çox mehriban, doğma olmasından xəbər verir.

Pərvin: 2006- ildə 70 illik yubileyiniz münasibəti ilə Azərbaycan prezidenti tərəfindənŞöhrətordeninə, ötən il isə 75 yaşınız ərəfəsindəDostluqordeninə layiq görülmüsünüz...

Oljas Süleymenov: Bəli. Azərbaycan hökumətinin qayğısını həmişə hiss etmişəm. Ən azı ildə iki dəfə Bakıya səfərim olur. Burada sadəcə küçədə gəzərkən insanların isti münasibətini görürəm. bu mənim məsuliyyətimi daha da artırır. Eyni zamanda Bakının dinamik inkişafını müşahidə etmək mənə hədsiz zövq verir.

Pərvin: Bunu deməyiniz məni bir qədər təəccübləndirir. Çünki sizin həmyaşıdların əksəriyyəti öz tanıdıqları, sevdikləri Bakınınyoxa çıxmasından şikayət edirlər.

Oljas Süleymenov: Yox, mən belə düşünmürəm. Əlbəttə, köhnəliyi, adət-ənənələri qorumaq, saxlamaq olar. Amma köhnəliyi keyitməklə, dondurmaqla qiymətə mindirmək olmaz. Bütün bunlar insanla, millətlə vəhdətdə inkişaf etməlidi. Hər dəfə Bakıya gələndə onun görkəminə yeni nələrinsə əlavə olunduğunu görürəm. Son vaxtlarda Dənizkənarı Bulvar hər birimizi heyrətləndirir. Ümumiyyətlə, qeyd edim ki, Bakının gözəlləşməsində qadın zövqü açıq-aydın duyulur. Bu da mənə belə gəlir ki, birinci ledi Mehriban xanım Əliyevanın zövqüdü. sizin milli adətlərinizin, incəsənətinizin bu inkişafda, yeniliklərdə öz əksini tapması çox gözəldi. 

Pərvin: Müasir Azərbaycan ədəbiyyatını izləmək imkanınız olurmu? Sizcə ədəbiyyatımız da şəhərimiz kimi yenilənirmi?

Oljas Süleymenov: Çox böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, son illərdə ümumiyyətlə, az oxuyuram. Daha doğrusu, bədii kitablardan uzaq düşmüşəm. Çünki dediyim kimi, üzərində işlədiyim əsərin mövzusuyla bağlı tarixi, elmi kitablar oxuyuram. Əsas zamanım buna gedir. Təbii, ictimai işlər vaxt darlığı yaradır.

Pərvin:Az i Yakitabınızın məşhurluğundan, bir dövrdə bestseller olmasından danışdıq. İndi bestseller yazılır. Amma xüsusən sizin həmyaşıdlarınız kitaba bugünkü münasibətdən çox şikayət edirlər...

Oljas Süleymenov: Bu gün ədəbiyyat, kitab bütövlükdə böhran vəziyyətindədi. Yəni təkcə Azərbaycanda, Qazaxıstanda, Rusiyada deyil, bütün dünyada eyni dərəcədə çətin dövr yaşanır. Yeni informasiya vasitələri kitabı sıxışdırırlar. Deyək ki, kompyuter, internet s. Əvvəllər kitabın rəqibi təkcə televizor idi. Amma indi vəziyyət daha çətindi. Yeni gələn nəsil demək olar ki, kitab oxumur. Lakin inanıram ki, bu müvəqqəti haldı. Hər halda kitabın zamanının yenidən gələcəyini düşünürəm. 6000 min il əvvəl Şumerdə yazı yarananda gil lövhələrdə gildən kitablar yazılmışdı. Buna qədərki yüzlərlə minilliklərdə yazı ümumiyyətlə, olmayıb. Ona görə mədəniyyətin cəmisi 6000 ildir inkişaf etməyə başladığını demək olar. Yəni əslində dünyanın tarixi kitabdan başlanıb, həmin gil kitablardan. Bəzi xalqlar öz yazılarına fasilə veriblər, bir dövr olub ki,   itiriblər yazı vərdişlərini. Hazırda onların tarixində bir qırıqlıq var. Yazı olmayan dövrlərin tarixini öyrənə bilmirlər. Mən bəzən Elmlər Akademiyasında tarixçi alimlərimizə bu barədə suallar verirəm. Əslində hesab edirəm ki, dissertasiyalar müdafiə etməkdənsə, tarixi müdafiə etmək lazımdı. Ona görə tarixi mövzularda yazmağa üstünlük verirəm.

Pərvin:Az i Yanın girişində belə bir fikir işlədirsiniz: “Mənim balaca kitabxanamda yalnız həmişə yenidən qayıtdığım kitablar saxlanır”.  Sizcə, ədəbiyyata  marağın, hörmətin azaldığı dövrdə yazıçılıqdan yorulmamaq, küsməmək təkrar-təkrar oxunacaq kitablar yazmaq üçün eləmək lazımdı?
 

Oljas Süleymenov: Yazmaq! Dayanmadan yazmaq! qədər çətin olsa da, yazmaq! Kitabın ulduzunun yenidən doğmasını gözləmədən yazmaq! Bütün inkişaf edən dünyanı, həyatı, bəşəriyyəti sözə çevirmək! Yalnız bu zaman kitabın ulduzu doğacaq.

 

P.S.

Gəncə İcra Hakimiyyətinin binası önündə Nizamiyə həsr olunmuş sərgiyə baxa-baxa Oljas Süleymenova yaxınlaşıb müsahibə verməsini xahiş etmişdim. Əvvəlcə qəzetimizin adının mənasını soruşmuşdu. “525-ci qəzetin adının tarixçəsini danışanda gülümsəyir, “Belə orijinal adı olan qəzetə müsahibə verərəm” - deyir. Bir kənara çəkilib skamyada əyləşirik. Yazıçıyla şəkil çəkdirmək, yaxınlaşıb ürək sözlərini demək istəyən gəncəlilər söhbətə başlamağa macal vermirlər. Bir neçə dəqiqə fotoqraflıq etdikdən sonra nəhayət, sakitlik yaranır... Söhbətin sonunda ayağa qalxıb minnətdarlığımı, arzularımı bildirəndə bayaqdan bəri yanımızda oturmuş bir xanımın baxışlarından çaşıram. Yazıçıya təşəkkürlərimə reaksiyasından Oljas Süleymenovun xanımı olduğunu anlayıram. Diqqətsizliyimdən çox utanır, pərt oluram. Dilim çaşır, elə bil rus dili yadımdan çıxır bir anlıq, amma birtəhər özümü toparlayıb üzrxahlıq edirəm: “Siz Oljas Omaroviçin həyat yoldaşızınız. Çox üzr istəyirəm. Sizin yanımızda əyləşdiyinizi bilməmişəm”. Xanım üzündə qəribə bir razılıq təbəssümlə cavab verir:

 

- Narahat olmayın. Mən buna öyrəşmişəm. Xoşdur mənə...

 

Vəziyyəti yumşaltmaq üçün xanımın qoluna girirəm, stendlərin qarşısına keçib baxırıq. Sonrakı gündə qadını müşahidə edirəm. Günah məndə deyilmiş. Yazıçının xanımı özü, bilərəkdən gözəgörünməz olur. ! Otelin qarşısında Oljas Süleymenovla şəkil çəkdirmək üçün sıraya düzülmüş adamların, konfrans zalında yaxınlaşıb söz deyən, email adresi, telefon nömrəsi verənlərin, müsahibə vaxtı parkdaAz i Yanın filanıncı səhifəsindən heyrətləndiyini bildirməyə can atanların yaxınlığında olur bu qadın. Amma sakit, səssiz, gözəgörünməz... Həyat yoldaşının rahatlığını sanki bu yolla qoruyur. İddiasızlığı ilə! İndi düşünürəm ki, ola bilsin xanım yanımızda elə-belə oturmayıbmış... Hay-küy salanlara şəhadət barmağını dodaqlarına yapışdırıbSusssdeyirmiş...

 

Kim bilir, bəlkə, Oljas Süleymenovun 1000 yol keçdikdən sonra yetişdiyi 1-ci yol elə öz xanımıdı.      

 





07.10.2012    çap et  çap et