525.Az

Rusiya Edvard Snoudenə sığınacaq verib


 

Rusiya Edvard Snoudenə sığınacaq verib<b style="color:red"></b>

Rusiya ABŞ dövlətinə məxsus gizli sənədləri sızdıran Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snoudenə müvəqqəti sığınacaq verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Rossiya 24” kanalı məlumat yayıb. Kanalın yaydığı məlumatda Edvard Snoudenin Şeremetova hava limanın tranzit ərazisini artıq tərk etdiyi bildirilib.
 
Qeyd edək ki, Edvard Snouden bir aydan artıqdır, Şeremetyevo hava limanının tranzit ərazisində gözləyirdi.

 





01.08.2013    çap et  çap et