525.Az

Prezident Abşeronda yol tikintisinə 3 milyon manat ayırdı


 

Prezident Abşeronda yol tikintisinə 3 milyon manat ayırdı<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, yetmiş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3.0 (üç) milyon manat ayrılıb.

 





01.08.2013    çap et  çap et