525.Az

Ermənilər vətənlərindən qaçırlar


 

Ermənilər vətənlərindən qaçırlar<b style="color:red"></b>

Ermənistanda miqrasiya faciəli xarakter alıb. Bu ölkənin Milli Statistika Komitəsi son 6 ayın rəsmi məlumatlarını açıqlayıb. Alınan nəticələr sadəcə faciəlidir. Bunu İrəvanda nəşr edilən "Aykakan Jamanak" qəzeti yazıb. Məlumata görə, ilin birinci yarısında bu ölkəni 123 min insan tərk edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur.

Kütləvi qaçışın səbəbi isə eynidir - işsizlik, imkansızlıq, zəruri tələbat məhsullarının bahalaşması, tariflərin artması. Yerli əhalinin həyat səviyyəsi günbəgün yox, saatbasaat düşür.

Lakin rəhbərlik son illərdə Ermənistanda miqrasiyanın bu dərəcədə böyük miqyasda olduğunu etiraf etmirdi. Baxmayaraq ki, ekspertlər bunun ölkənin milli təhlükəsizliyinə bir baha təhlükə olduğunu deyirdilər. Hakimiyyət həmişə düşünürdü ki, insanlar xarici ölkələrə mövsümü işlərlə bağlı gedirlər, sonra isə qayıdırlar. Statistika bütün bu iddiaları alt-üst edir. İndi Ermənistanın ümidləri Rusiya ilə deyil, Avropa Şurası ilə bağlıdır.

Rəhbərliyin sözlərinə görə, Ermənistanın AŞ-a təklif etdiyi assosiasiya razılaşması guya ki, noyabrda paraflanacaq ki, bu da çoxlu iş yerinin yaranmasına imkan verəcək. Əhali isə təbii olaraq buna inanmır və ölkəni tərk etməfdə davam edir.

"Aykakan Jamanak"ın rəsmi məlumata əsasən yazdığına görə, Ermənistanı son vaxtlarda 200 indən çox insan tərk edib.

anspress

 





02.08.2013    çap et  çap et