525.Az

"Ford" Şimali Amerikada 2 milyona yaxın avtomobili geri çağırdı


 

"Ford" Şimali Amerikada 2 milyona yaxın avtomobili geri çağırdı <b style="color:red"></b>

ABŞ-ın avtomobil şirkəti "Ford" Şimali Amerikada 2 milyona yaxın avtomobili geri çağırıb.

Trend-in şirkətin rəsmi saytına istinadən verdiy məlumata əsasən, geri çağırılan avtomobil 2015-2018 il istehsalı olan "F-150" pikaplarıdır.

Qeyd olunur ki, geri çağırılmanın səbəbi avtomobillərin təhlekəsizlik kəmərləri ilə əlaqəlidir. Hal-hazırda bu problemlə əlaqədar ABŞ-da 17 hadisə məlumdur, Kanadada isə - 6.

ABŞ-da "Ford"un 1,6 milyon avtomobili, Kanadada - 339 min, Meksikada - 36 min avtomobil geri çağırılacaq.

 





07.09.2018    çap et  çap et