525.Az

"Əmək pensiyalarında daim artım müşahidə olunur”


 

"Əmək pensiyalarında daim artım müşahidə olunur”<b style="color:red"></b>

Elşən Məmmədəliyev: “Əmək pensiyalarinin orta aylıq məbləği 151,3 manatdır”

Oktyabrın
10-da Dövlət Sosial Müdafiə Fondunun yaranmasının 20 ili tamam olur. Bu müddətdə sığorta-pensiya sistemində aparılan islahatlar digər məsələlərlə bağlı suallarımızı Fondun Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev cavablandırıb
.

 

 

-Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində əhəmiyyətli yer tutan sahələrdən biri sosial müdafiə, o cümlədən pensiya sistemində aparılan islahatlardır. Pensiya sistemi eyni zamanda cəmiyyətdə vətəndaş həmrəyliyini möhkəmləndirən əhəmiyyətli vasitədir. Müstəqil Azərbaycanda pensiya sahəsində qəbul edilən ilk qanunlardan biri əhalinin pensiya təminatı sisteminin hüquqi əsaslarını nəzərdə tutanVətəndaşların Pensiya Təminatı haqqındaQanun (01.01.1993) idi. Buna paralel olaraq sosial sığorta pensiya təminatının maliyyələşdirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixliAzərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqındaFərmanı ilə Azərbaycan Respublikası Pensiya Fondu Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu yaradıldı. Lakin qeyd olunan dövrdə pensiya qanunvericiliyi bazar iqtisadiyyatının tələblərini özündə əks etdirə bilmirdi, çünkü həmin dövrdə mövcud olan həmrəylik sistemində işləyənlər üçün ödənilən sosial sığorta ayırmalarının fərdi uçotu aparılmadan bir yerə toplanması pensiya ödənişlərinə yönəldilməsi həyata keçirilirdi. Bu halda ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiyalar arasında birbaşa əlaqələr görünmədiyindən, insanlar vəsait ödəməkdən yayınmağa daha çox meyilli olurdular. Sosial təminatın mühüm vasitələrdən biri olan pensiya təminatının yenidən qurulması üçün ulu öndərimiz Heydər Əliyev tərəfindən imzalananAzərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyasıbu sahədə dəyişiklikləri şərtləndirdi. Konsepsiya islahatın mahiyyətini təşkil edən sığorta-pensiya sosial yardım sistemlərinin bir-birindən ayrılmasını, sığorta münasibətlərinə əsaslanan pensiya sisteminin qurulmasını ifadə edir. Bu dəyişikliklərin başlıca elementi sosial sığorta haqlarının fərdi uçotuna əsaslanan sığorta-pensiya sisteminin yaradılması idi. Fərdi uçot sisteminin tətbiqində əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin təmin edilməsidir. 2001-2005-ci illərdə sözügedən konsepsiyanın müddəaları gerçəkləşdirildi. 27 noyabr 2001-ci ildəDövlət sosial sığorta sistemində fərdi uçot haqqındaQanunun tətbiq edilməsi ilə ölkəmizdə məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun əsası qoyuldu, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun funksiyalarında mühüm dəyişiklik edilərək, ona fərdi uçotu həyata keçirmək daha sonra Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003- il tarixli 908 nömrəli Fərmanı ilə pensiyaların təyini ödənilməsi funksiyaları verildi. Beləliklə vahid sığorta pensiya qurumunun yaradılması təmin olundu.

 

-2006- ildən yeniƏmək pensiyaları haqqındaQanun tətbiq edilməyə başladı. Yeni qanunun əsas özəlliyi nədən ibarət idi?

 

-2005-ci ildə sığorta-pensiya sistemi ilə dövlət yardım sistemlərini bir-birindən ayıranƏmək pensiyaları haqqındaDövlət sosial müavinətlər haqqındaqanunlarının layihələri hazırlanmış 2006- ilin yanvarın 1-dən beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya sisteminə keçid baş tutdu. Bununla da həmrəylik prinsiplərinə deyil, sığorta-pensiya prinsiplərinə əsaslanan ədalətli sistemin yaradılmasına gətirib çıxaran yeniƏmək pensiyaları haqqındaQanunu qüvvəyə minmişdir. Bundan başqa həmin qanunvericiliyə müvafiq dəyişiklik əlavələr edilməklə ölkədə 2007-ci ildən vahid pensiya sistemi yaradılması tamamlanmışdır. Belə ki, 2006- ildən qüvvədə olanƏmək pensiyaları haqqındaQanunu mülkiyyət formasından əmək fəaliyyətinin xarakterindən asılı olmayaraq bütün işləyənləri (o cümlədən dövlət qulluqçuları, hərbi qulluqçular xüsusi rütbəli şəxslər) əhatə edir. 2006- ildən fəaliyyətdə olan yeni sığorta-pensiya sistemi hər bir sığortaolunana fərdi hesabın açılaraq ödənilən sosial sığorta haqlarının həmin hesabda fərdi uçotunun qurulması, vətəndaşların pensiya təyinatının bu uçotun məlumatları əsasında aparılmasını nəzərdə tutur. Burada pensiyaların məbləğinin hər kəsin sistemə verdiyi paya uyğun müəyyənləşdirilməsi onun ədalətliliyini inkişafını təmin edən ən müasir vasitədir.

 

Son illərƏmək pensiyaları haqqındaQanuna edilən bir sıra mühüm əlavə dəyişikliklər ölkədə həyata keçirilən sığorta-pensiya islahatlarının növbəti mərhələsidir bu mərhələdə atılan addımlar “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramında da yer alıb. Qanuna edilən əlavə dəyişikliklərin ən mühümü keçmiş dövrdə qazanılmış əmək pensiyası hüququnun məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu dəyişiklik pensiya təyinatında yanlış hesablama qaydasını aradan qaldırıb, həm sistemdə böyük bir şəffaflıq təmin olunub. Pensiya təyinatı zamanı əsas problemlər 2006- ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən olunması metodikası ilə bağlı idi. Belə ki, daha az əmək stajına malik, lakin yüksək əmək haqqı almış şəxslərlə uzun müddət işləmiş kifayət qədər əmək stajına malik olan şəxslərin pensiya məbləğləri arasında kəskin fərqlər mövcud idi. Pensiyaların hesablanması zamanı yaranan belə fərqli hallar pensiyaçılar arasında haqlı narazılığa səbəb olurdu. Əvvəlki qayda ilə hesablama zamanı, elm, təhsil, səhiyyə, mədəniyyət s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əmək haqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda qeyd olunan sahələrdə çalışan vətəndaşların pensiyaları minimum məbləğlə ifadə edilirdi. Bununla bağlı 2006- ilin 1 yanvarınadək mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından, həmin dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinadın aradan qaldırılması, hesablamaların vahid prinsiplə əmək stajı göstəricisinə əsasən aparılması qərara alınmışdır. 2009-cu ildəƏmək pensiyaları haqqındaQanuna edilən dəyişikliklərlə 2010-cu ildən etibarən yeni pensiya təyin olunan şəxslərə 2006- ilin 1 yanvarınadək olan dövrə aid ümumi stajının hər ilinə görə 170 manat pensiya kapitalının hesablanması nəzərdə tutuldu. Sosial sığorta 1992-ci ildən tətbiq edilsə , vətəndaşa ölkə üzrə ən yüksək orta aylıq əmək haqqı nisbəti ilə işlədiyi əvvəlki dövrə sığorta kapitalı hesablanıb. Nəticədə yeni təyinatların orta aylıq məbləğləri 150 manata qalxdı, minimum pensiya təyinatı öncə qeyd etdiyim kimi aradan qaldırıldı. Növbəti mərhələdə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramının 2.9 bəndinə uyğun olaraq yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı əvvəlki pensiya sisteminin yaratmış olduğu fərqlərin aradan qaldırılması ilə əlaqədar 1 iyul 2011-ci il tarixdən qanunvericiliyə əlavə dəyişikliklər edilib. Yenidən hesablama nəticəsində 1 yanvar 2010-cu il tarixədək pensiyaya çıxanların pensiya işləri üzrə 1 yanvar 2006- il tarixədək stajının hər bir ili üçün yeni pensiya təyin olunan şəxslərdə olduğu kimi 170 manat pensiya kapitalına uyğun 1,94 manat sığorta hissəsi təyin edilib ki, bu da bütün pensiya sisteminin vahid qaydaya gətirilməsi deməkdir.

 

Beləliklə, pensiyaların yenidən hesablanması əvvəlki qaydaların şamil olunduğu bütün pensiya işlərini əhatə edir. Bu zaman yenidən hesablanmış mövcud pensiya məbləğlərindən daha yüksək olanı pensiya təyinatı üçün əsas götürülür. Bir daha qeyd etmək istəyirəm ki, burada söhbət 2006- ilə qədər qazanılan pensiya hüquqlarının yenidən hesablanmasından gedir. Əgər şəxs 2006- ildən sonra da işləyərək sistemə sosial sığorta haqları ödəyibsə, bu hissə fərdi uçot prinsipləri əsasında ayrıca hesablanıb pensiya məbləğində nəzərə alınır. 

 

-Konkret olaraq həyata keçirilən tədbirlər pensiyaların hansı səviyyədə artımına gətirib çıxarıb? Ümumiyyətlə son 20 ildə əmək pensiyalarının orta aylıq məbləğinin artım tempi necə olub?

 

-01.01.1992-ci ildən 01.01.2012-ci il tarixədək olan dövr üzrə Respublikamızda pensiyaların məbləğinə diqqət etsək əhəmiyyətli artım dinamikasını müşahidə edərik. Məsələn, 1 yanvar 1992-ci il tarixdə pensiyaların orta aylıq məbləği yeni manatla 0,11 manat, 1 yanvar 1993- il tarixdə 0,14 manat 1 yanvar 1994- il tarixdə 0,36 manat təşkil edib. Sonrakı dövrlərdə ölkədə aparılan iqtisadi islahatlar nəticəsində pensiyaların orta aylıq məbləğində yüksələn dinamika ilə artımlar olunub Əmək pensiyaları haqqındaQanunu qüvvəyə mindiyi 1 yanvar 2006- il tarixə pensiyanın orta aylıq məbləği 28,5 manata çatıb. Yeni Qanunun tətbiqindən sonra əmək pensiyalarının orta aylıq məbləği daha sürətlə yüksəlib. Belə ki, 1 yanvar 2007-ci il tarixdə 41,1 manat, 1 yanvar 2008-ci il tarixdə 62,9 manat, 1 yanvar 2009-cu il tarixdə 95,8 manat, 1 yanvar 2010-cu il tarixdə 100,4 manat 1 yanvar 2011-ci il tarixdə 112,9 manat 1 yanvar 2012-ci il tarixdən isə 145,1 manat təşkil edib. Hazırda əmək pensiyalarının orta aylıq məbləği 151,3 manata bərabərdir. Göründüyü kimi pensiyaların orta aylıq məbləğində daima artım müşahidə olunub. Xüsusilə, 1 yanvar 2006- il tarixdən sonra əmək pensiyalarının məbləğində nəzərə çarpacaq dərəcədə artımlar olunub. Bunun əsas səbəbi son illər ərzində həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləridir. Nəticədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edib. Bu kifayət qədər normal göstərici hesab edilə bilər.

 

-Sığorta-pensiya sistemində həyata keçirilən mühüm islahatlardan biri pensiyaların plastik kartlarla ödənişidir. Hazırda bu sahədə vəziyyət necədir?

 

-2004- ildən etibarən pensiya müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə keçilib. Belə ki, aparılan islahatlar nəticəsində vətəndaşların pensiyalarının ödənişi plastik kartlar vasitəsilə həyata keçirilir ki, bu da vətəndaşların ödəniş müəssisələrinin qarşısında günlərlə növbələrdə durmasını ödənişdə neqativ halların yaranması hallarını aradan qaldırıb. Hazırda pensiyaların ödənişi avtomatlaşdırılıb, kənd yerlərində yaşayan pensiyaçıların 99,1 faizinin, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, ümumilikdə isə 99,5 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin edilib. Eyni zamanda plastik kartların pensiyaçılara billavasitə bankların filialları tərəfindən verilməsi təşkil olunub.

 

- Yaxın perspektivdə hansı islahat tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur?

 

-Nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikası Prezidentinin 30.12.2008-ci il tarixli 111 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramında qeyd olunanların kompleks həllinə yönəldilib. Hazırki mərhələdə pensiya təyinatının tam avtomatlaşdırılması yolu ilə əməliyyatların vahid mərkəzdən aparılmasına keçidin təmin edilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Növbəti mərhələdə qeyri-dövlət pensiya fondlarının yaradılmasını fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın hazırlanması üzərində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Bundan başqa konüllü pensiya sığortasının formalaşdırılması inkişafı üzrə təkliflərin hazırlanması sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılmasının həyata keçirilməsidir.

Bəxtiyar MƏMMƏDLİ

 





07.10.2012    çap et  çap et