525.Az

1 tondan artıq qənnadı məhsulunun satışı qadağan olunub


 

1 tondan artıq qənnadı məhsulunun satışı qadağan olunub Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Balaxanı şossesi ünvanında fəaliyyət göstərən, Rusiya Federasiyası istehsalı olan müxtəlif növ unlu və şəkərli qənnadı məhsulların idxalı və satışını həyata keçirən «Venera» MMC-də dövlət nəzarəti aparılıb.

Komitədən 525.az saytına verilən məlumata görə, müəssisəyə məxsus anbarda aparılmış araşdırma zamanı müxtəlif ticarət şəbəkələrindən geri qaytarılmış və yararlılıq müddəti bitmiş məhsulların üzərindəki tarixin silinərək yeni tarix qeyd olunduğu aşkar edilib. Eyni zamanda məhsulların üzərindəki etiketlərin qopardılaraq son istifadə müddətinin silinərək, yeni nüsxəsinə müəssisə tərəfindən tarix vurulub satışa göndərildiyi müəyyən olunub.

«Venera» MMC-yə məxsus anbarda aşkar olunmuş Rusiya Federasiyasının «Nevski» qənnadı fabrikinin istehsalı olan yararlılıq müddəti bitmiş 276 kq «Miə» konfetləri, yararlılıq müddəti 31.05.2012 tarixində bitmiş 210 kq «Toffetto» şokoladlı irisi, üzərində istehsal tarixi olmayan 159 kq «Afinskie taynı» adlı konfetləri, 80 kq «Furintik» marmeladı, Rusiya Federasiyasının «Penzenskiy xlebzavod» müəssisəsinin istehsalı olan üzərində yararlılıq tarixi olmayan 105 kq «Aromatnoe» adlı şəkərli peçenye, 90 kq «Vkusnoe» şəkərli peçenye, 91 kq «Prajskoe» şəkərli peçenye, 45 kq «Voloqodskoe vanilnoe» peçenye, 243 kq «Voloqodskoe» şəkərli peçenyeləri Dövlət Nəzarəti Xidməti tərəfindən aktlaşdırılaraq möhürlənmiş və satışı qadağan edilib. Müəssisədə araşdırmalar davam etdirilir.
BƏXTİYAR
 





03.09.2012    çap et  çap et