525.Az

İrəvan Teatrında yeni mövsüm “Soyqırımı tarixinin dastanı” ilə açılacaq


 

İrəvan Teatrında yeni mövsüm “Soyqırımı tarixinin dastanı” ilə açılacaq<b style="color:red"></b>

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 137-ci mövsümünü sentyabrın 15-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açacaq.

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O bildirib ki, 100 il əvvəl bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni daşnaklarından və rus bolşeviklərdən azad etdiyi günə təsədüf etdiyi üçün Türkiyədən dəvət olunmuş Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztəkin rəhbərliyi ilə təşrif buyurmuş mötəbər qonaqlar mövsüm açılışında iştirak edəcəklər. Tamaşadan öncə professor İbrahim Öztək 100 il əvvəl bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni daşnaklarından və rus bolşeviklərdən azad etməsi haqqında konfrans verəcək. Sonra səhnə əsəri nümayiş oluncaq.

Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Nicat Mirzəzadə, Tural Xəlilzadə, Güney Əliyeva və Bəhruz Hikmətoğlu çıxış edəcəklər.

Müəllif əsərdə ermənilərin qondarma türk genosidi məsələsinə tarixi faktlara əsaslanaraq tutarlı və dolğun cavab verməyə çalışıb.

Şahanə MÜŞFİQ

 





15.09.2018    çap et  çap et