525.Az

Yaddan çıxmır Nüsrət Kəsəmənli...


 

Yaddan çıxmır Nüsrət Kəsəmənli...<b style="color:red"></b>

Nüsrət Kəsəmənli mənim bu dünyada ŞAİR adına gördüyüm birinci  şəxs idi.

1966- ildə, fevral ayında  Bakıda yuxarı sinif şagirdlərinin respublika toplanışına gəlmişdik. Nüsrətlə orada tanış oldum. O, hamının diqqətini özünə cəlb eləmişdi. Təkcə oxuduğu şeirlərlə yox, ağıllı, məntiqi söz-söhbətiylə. Ətrafında qızlar əksik olmurdu mən deyim ki, bu vəziyyət-bu ünas  tayfasının Nüsrətlə daimidiplomatikünsiyyəti ömrü boy davam elədi. 

 

1967-ci ildə  mən ADU-nun filologiya fakültəsinə daxil oldum. Nüsrət Eyyubov da (o zaman hələ Kəsəmənli deyildi) o fakültəyə daxil olmuşdu, amma jurnalistika şöbəsinə. Çox zaman leksiyalarda bir yerdə olurduq. Təbii ki, tez-tez görüşürdük. Hərdən ona qoşulub şeir məclislərinə gedirdim. Nüsrət  Heyf o sevgiyə  şeirlər kitabını  (2000 ) mənə belə bir avtoqrafla təqdim eləyib: “Ədəbi aləmdən şəxsən ilk qədim dostum Vaqif Yusifli üçün müəllifdən xatirə. 30 may 2000”.

 

Nüsrət Kəsəmənli həmişə populyar şair olub. Özü müvəqqəti, bir zaman kəsiyinin populyar şairi yox. Bu populyarlığı ona poeziyası qazandırmışdı. Yadımdadır ki, Nüsrətin şeirləri cavan qızların, oğlanların şeir dəftərlərinin bəzəyi idi, sevən oğlan qızlar görüşə gedəndə çox zaman Nüsrətin şeir kitablarını özləriylə aparırdılar. İndi Nüsrətin ölümündən altı il  keçsə , o şeirlər yenə sevilə-sevilə oxunur, əzbərlənir. Deməli, XXI əsrdə , həqiqi sevginin qıt olduğu bir zamanda da o şeirlərsiz keçinmək olmur. Amma mən Nüsrəti təkcə sevgi şairi kimi təqdim etmək istəmirəm. 

Nüsrət Kəsəmənli ədəbiyyata altmışıncı illərin sonlarında gəlmişdi. Tanınmış şair-ədəbiyyatşünas Qasım QasımzadəAzərbaycan gəncləriqəzetində NüsrətəUğurlu yolyazmışdı. Onda Nüsrət özünə səhv eləmirəmsə,”Eldosttəxəllüsü götürmüşdü.Amma bu, uzun çəkmədi, az sonra Nüsrət Kəsəmənli imzası hamının diqqətini özünə cəlb etdi.

Altmış-yetmişinci illərin şeir gecələrini, poeziya axşamlarını xatırlayıram. Onda indiki kimi deyildi, hamı poeziya havası ilə yaşayırdı,indiki kimi saysız-hesabsız kitab təqdimatları keçirilmirdi, şairlərin ünvanına şit təriflər söylənilmirdi. Nüsrət Kəsəmənli o şeir gecələrində həmişə axırıncı çıxış eləyənlərdən biri olurdu.Alqışların hamısını yığıb aparırdı özüylə.. O, şeir deyəndə tamam dəyişirdi, oradakı hisslərlə, duyğularla yaşayırdı.

Sevgi şairi”, “təbiət şairi”, “cəmiyyət şairi”... Çox zaman şairləri qələmə aldıqları mövzularına görə bölgülərə ayırırlar, seçirlər, fərqləndirirlər. Belə çıxır ki, “sevgi şairiancaq sevgidən, “təbiət şairiancaq təbiətdən, “cəmiyyət şairiisə ancaq cəmiyyət hadisələrindən  yaxşı yaza bilər. Bu yalnış mülahizəyə görə Nüsrət Kəsəmənli sırf sevgi şairi kimi təhlil şərh olunmalıydı tənqidçilər onun yaradıcılığına elə bu nöqteyi-nəzərdən yanaşırdılır. Yeri gəlmişkən deyim ki, Nüsrət Kəsəmənli poeziyası sağlığında ədəbi tənqidin gündəmində, daimi diqqət mərkəzində olmadı. Biz Nüsrətin poeziyasına vaxtında qiymət verə bilmədik. Tək-tük yazılarda isə onun sevgi şeirlərində cəmiyyətin əks-sədasını axtardıq. Ancaq bütün bunlara görə heç təəssüflənməyə dəyməz, çünki Nüsrət Kəsəmənlinin poeziyası dünənin yox, həm bu günün poeziyasıdır.

   

İçimdən qəm ilməli

Əriş-arğac keçibdir,

Sevinc yarıtox gəlib,

Qəm yapıac köçübdür.

Sel olan göz yaşımı

Bir ehtiyac içibdir.

Tanış olaq, oxucum,

Tanış olaq: Bu mənəm.

   

Nüsrət KəsəmənlininAvtoportretşeiri onun keçdiyi həyat yolunu, mənəvi dünyasını, bir cəmiyyət adamı kimi sosial mövqeyini az da olsa, açıqlayır (hərçənd ki, bir şeirlə şairin dünyasını tam bəlirləmək heç mümkün deyil, çünki şairin dünyası şeirlərindəki görünən dünyadan daha mürəkkəbdir). Amma hər haldaAvtoportretşeirində onun bəzi cizgiləri öz əksini tapıb:

   

Əllərimi uzadıb

göylərə kök atıram

Şeşi nəzərdə tutub

həmişə yek atıram

Mən şeir yazmıram ki,

ürəkdən yük atıram

Tanış olaq, oxucum,

Tanış olaq, bu mənəm.

   

Nüsrətin poeziyasında lirikmən” - şair obrazı çox qabarıq nəzərə çarpır. Bu poeziyada elə bircə Qəhrəman- bircə Obraz var, o da Nüsrət Kəsəmənli özüdür. Onun keçdiyi həyat yolu, yaşadığı hisslər duyğular bu obrazda öz əksini tapmışdır: atalı-analı ola-ola atasızlığın, anasızlığın cövrünü çəkən Nüsrət tələbəlik illərinin coşgun, qaynar anlarını yaşayan, dərslərdən, mühazirələrdə, mühazirələrdə az-az görünüb daha çox yaşayıb-şeirlə nəfəs alan, bir çox sevgi macəralarının qəhrəmanı Nüsrət - poeziya aləmində özünü təsdiq etməyə çalışan, “zamanıduelə çağıran Nüsrət - içində  ikiməni, iki dünyası olan, öz-özünə qalib gəlib, öz-özünə məğlub olan Nüsrət - həyatda qazandığından çox itirdiyinə təəssüflənən Nüsrət... Bir sözlə, əsl şair ömrü, şair taleyi.

   

Yalan məhəbbətləbaxtgüldürməkdən

Usandım mən daha,

Bezikdim daha

Görüş yerlərində vaxt öldürməkdən

Əsl məhəbbətə gecikdim daha.

Geriyə qayıtmaq asan deyil,

Çıxdığım pillələr uçulub gedib.

Zamana mən necə atdan düş deyim,

Cilovu əlimdən açılıb gedib.

 

Zamanı duelə çağıran bir şairin hər dəfə keçilmiş ömür yoluna təəssüflə nəzər yetirməsi təsadüfü deyildi. Həmin illərin poeziyasında bu cür etiraflar tez-tez səslənirdi. Maraqlıdır ki, bu etirafları dilə gətirən şairlərin hamısı elə bil, harasa tələsirdilər. Nüsrət deyirdi ki: “Şimşəkdən qanad al, yolun uzaqdı, Hələ neyləmisən, ömür yarıdı. Səni gedəcəyin son mənzilə .Şeirin qanadında aparmalıdı”. Bu şairlərin hər biri Zirvəyə tələsirdi - Poeziyanın zirvəsinə, Ömrün zirvəsinə! Əlbəttə onların bir çoxu Zirvəyə gedən yolda büdrədi, bəziləri Zirvənin lap yaxınlığında oldu, amma ora ucala bilmədi, bəziləri isə iddia imkan arasındakı təzada qurban getdilər. Bəs Nüsrət? Nüsrət hər halda poeziyada öz cığırını açdı, bu cığırı YOLa çevirə bildi.

Belə bir fikir var ki, dünyada qədər şair olursa, o qədər fərdi üslub, yazı manerası var... “Qoy lap qurbağanın nəğməsi olsun, dünyaya təzə bir nəğmə ver ancaq” (Sergey Yesenin). “Üslub - bütün üslubların yaddan çıxarılmasıdır” (Jül Renar). Əlbəttə, söhbət qromofon yazarlardan yox, əsl şairlərdən gedir. Üslub yaradıcılıqda özünü təsdiq etmək deməkdir.

Nüsrət Kəsəmənli ədəbiyyata gələndə poeziyaya təzə bir nəfəs gətirdi. Bütün şairlər sevgidən yazırdı, hamı eşqi, məhəbbəti tərənnüm edirdi, hamı sevgilisinin camalını vəsf edir ya da hicran alovlarında yandığından söz açırdı. Nüsrət isə sevgini, konkret olaraq iki gəncin münasibətini heyrət tərənnüm, gözəlin vəsfi üzərində yox, sevgi iztirabları üzərində köklədi. İlk sevginin uğursuzluğu onun bütün şeirlərinin motivinə çevrildi. Əlbəttə, bu motiv digər şairlərin şeirlərində işlənmişdir. Ancaq Nüsrətin sevgi poeziyasında iztirab, ayrılıq-həsrət bundan doğan kədər duyğuları eyni not üstündə köklənmir, rənglər, çalarlar müxtəlifdir. Dahi alman filosofu Hegel deyirdi ki, sevmək - özünü unutmaq deməkdir, əgər sən sevirsənsə, deməli, başqasına çevrilirsən. Bu zamanLeyli Məcnununda bu fikir öz klassik həllini belə tapıb:

   

Məndə olan aşikar sənsən,

Mən xud yoxam, ol ki, var sənsən!

Daim sənə məndədir təcəlli.

Mən ğeyrdən olmuşam təsəlli.

Gər mən, mən isəm, nəsən sən, ey yar?

Vər sən sən isən, nəyəm məni-zar?  

   

Əlbəttə, sufilik fəlsəfəsindən gələn bu anlam Füzulidən əvvəl sonra klassik poeziyada əsas motivlərdən biri olmuşdur. Ancaq təbii ki, zaman o zaman deyil, məhəbbətə münasibətdə klassik Aşiq-Məşuq çevrəsi dəyişilmişdir. Bu dəyişmədə paradoksallıq da nəzərə çarpır. ƏgərLeyli Məcnuna diqqətlə nəzər yetirsəniz, Məcnunun heç bir etirafının şahidi olmazsınınz. Məcnun ancaq sevir bu sevgi - Leyliyə olan məhəbbəti onu ucaldır. Məcnun üçün bu cür etiraflar bəlkə çox adi səslənərdi:

   

... De necə qayıdım, hansı üz ilə?

Başlamaq olarmı ömrü yenidən?

Aradan məhəbbət körpülərini

Özüm öz əlimlə uçurmuşam mən,

Başlamaq olarmı ömrü yenidən?

            

Baxdım məhəbbətə əyləncə kimi

Məhəbbət mənimlə əylənib demə

Sənin billur kimi təmiz eşqini

Vəhşi hisslərimçün çevirdim yemə,

Məhəbbət mənimlə əylənib demə.

             

Sənə söylədiyim şirin yalanlar

Ölən məhəbbətin acısı oldu.

Qəlbimdə bir sevgi qəbristanı var,

Qollarım oraya uzanan yoldu,

Ölən məhəbbətin acısı oldu.

   

Fikirləşirsən ki, Məcnun belə deməzdi. Amma bu, XX əsrin məhəbbətidir. Məhəbbət deyilən insani münasibətin bütün kompleksləri burada( eləcə bir çox sevgi şeirlərində) iştirak edir: güman, şübhə, qısqanclıq, etiraf, tövbə, itirilmiş səadətin acısı, təəssüf... Bax, bu mənada Nüsrət Kəsəmənlinin məhəbbət lirikası fərdin daxili dünyasının- sevən qəlbin bütün gözəgörünməzlərini üzə çıxarırdı. Bu sevgi etirafları yalnızmənsənarasındakı münasibətlərdən daha geniş idi. Məlumdur ki, sevgi anlamı təkcə insan hissləri duyğuları ilə məhdudlaşsaydı, hüdudları tükənərdi. Yenə Leyli Məcnunu xatırlayaq- Məcnunun üz tutduğu məkan səhra idi, dərdini bölüşdüyü isə vəhşi heyvanlar. Klassik poeziyada sevgi təbiət, məhəbbət dünya motivlərinin vəhdəti haqqında çox danışmaq olar. Ümumiyyətlə, dünyada sevgi ilə ilişgisi olmayan heç bir nəsnə yoxdur...

   

Daha bu yağışa otlar göyərməz,

Daha bu yağışda lalələr sönməz

Bu yağış buludun yükü deyil ki,

Bu yağış bir simurq tükü deyil ki

Yandırsan ömür-gün qayıda geri.

   

Nüsrətin bu şeirində (“Gecikdi bu yağış”) Yağış obrazı gecikmiş bir sevginin təcəssümünə çevrilir. Gecikmiş sevgi insana xoşbəxtlik gətirmir, həmişə təəssüf hissi doğurur, yağış da gec yağanda, vaxtında yağmayanda torpaq zillət çəkir. Gecikmiş yağış həm ölən xatirələrə bənzəyir.

   

O güvəncli dağlar marala qaldı,

O məxmər çəmənlər sarala qaldı

Vaxtında yağmadı,

Nur çiləmədi,

Buludlar qarala-qarala qaldı

Məni bu günündə soraqlama sən

Məni dünənində taparsan indi.

            

Bəzən kitab arasında qurumuş bir ləçək qəmli xatirələr oyadır. Bu ləçək qürub etmiş sevgi ilə quruyub solan gül arasında assosiasiya yaradır:

   

Görən kim dəfn edib bu son ümidi?!

Sən ondan saralmış xatirə istə.

Bir ölmüş sevgiyə əklil kimidir,

Quruyub məhəbbət qəbrinin üstə...

   

Nüsrətin 90- illərdə sevgi şeirlərində eyni motivlər davam etdirildi. Lirik qəhrəmanın kədəri- sevgilisinin ondan uzaqlığı,  biganəliyi yenə əksər şeirlərin mövzusuna çevrildi. “Sevgi adlı bir kitabam, Sənin kitabın deyiləmmisraları son sevgi şeirlərin əsas leytmotivi kimi nəzərə çarpırdı.

Nüsrətin sevgi şeirlərinin əksəriyyəti öz ritmik melodik xüsusiyyətlərinə görə dərhal seçilir, onların bəstəçiləri cəlb etməsi, əbədi mahnı ömrü yaşaması da bununla bağlıdır.

60-90- illər Azərbaycan  poeziyasının ümumi mənzərəsi belə bir fikri söyləməyə haqq verir deyək ki, poeziya o illərin bədii- tarixi salnaməsinə çevrilmişdi. Bu bədii- tarixi salnamənin yaranmasında digər şairlər kimi Nüsrət Kəsəmənlinin öz payı var.

Azərbaycan  şairləri nədən yazırdılar?

O illərdə Azərbaycanın mənəvi bütövlüyü, birlik ideyası poeziyanın aparıcı mövzularından birinə çevrilmişdi. Poeziyada böyük vətən sevgisi çağlayırdı. Nüsrət Kəsəmənli yazırdı:

            

Vətən alov etsin odunu sənin,

Böyü bu torpaqla,

Bu yurdla öyün.

Mən Araz qoydum ki, adını sənin

Evimdə Arazı çağırım hər gün.

O illərin poeziyasında təbiətin mühafizəsi, ana torpağa sevgi bağlılıq da saysız şeirlərin, poemaların yaranmasına səbəb oldu. Ağacların, quşların, dənizin, dağın, qayanın-daşın, çölün-çəmənin mühafizəsi problemi poeziyanın da probleminə çevrilmiş, təbiətin ağrısı şeirin ağrısına qarışmışdı.

   

Hər gün budağında bir yarpaq ölür,

Mənim o ağaca yazığım gəlir.

... Yanına bir cığır

Bir iz gəlməyir,

Qara kölgəsindən qorxur o ağac,

Bir ocaq oduna həris gəlməyir,

Boylanıb yollara baxır o ağac

... O ağac çəkir

Tənhalar bilir,

Mənim o ağaca yazığım gəlir.

   

Nüsrət Kəsəmənli öz həmyaşıdları- Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı, Səyavuş Sərxanlı kimikənd uşağıidi. bukənd uşaqları” “vaqonlarda sıxıla-sıxılaşəhərə gəlmişdilər. Çox keçmədən şəhərin diliniöyrənmişdilər. “Şöhrətin üstünə yüyürdükcəürəklərində yeni istəklər, arzular doğmuşdu. Ancaq yenə ..

   

Mənim bu şəhərdə kimim var axı;

Bu ömrün sonuna gümanım azdır-

   

deyirdilər.

Bu yazıda mən Nüsrət Kəsəmənlinin elə sağlığında da, indi dillər əzbəri olmuş şeirlərini xatırladım. Nüsrət bu şeirlərin bir qisminiHamısı sevgidəndir” (1991) kitabına daxil etmişdi. Mən o şeirləri poeziya gecələrində Nüsrətin dilindən dəfələrlə eşitmişəm. Onun məşhur şeirlərindən biri belə adlanırdı: “Oğru olmaq istəyirəm

   

Qoy milislər eşitməsin,

Qorxulu bir sirr deyirəm:

Çoxdandır ki, bir arzum var,

Oğru olmaq istəyirəm!...

 

Niyə, üçün? Ondan ötrü ki, şair insanların arasından vicdanını pula satan nadanları, dövlətlərin arasından sərhədləri, anasının sifətinə vaxtsız düşən qırışları, iki sevən gəncin arasına nifaq salanları, neçə milyon gözüyaşlı qan qardaşını həsrətli Təbrizdən oğurlamaq istəyirdi. Bu şeir yazıldığı dövrün ab-havasına uyğun idi, cirə ilə olsa da yaranan söz azadlığından doğmuşdu. Sonralaryenidənqurmadövrü başladı, NüsrətQırmızı kitabşeirini yazdı. Nüsrətin 80-90- illərdə yazdığı bir çox şeirlərində yaşadığımız dünyanın mənəvi təzadları da öz əksini tapır. Həmin şeirlərdə şairin cəmiyyətdə baş verən neqativ hallara qarşı kəskin etirazı yetərincə idi. Hələ tələbəlik illərində Nüsrət varlı bir qızı sevirdi, ancaq onun könlü heç cür bu qızın mənəvi dünyası ilə uyuşmadı.

   

Bir kədər dumanı məni bürüdü,

Yığdı gözlərimə nifrəti, kini.

Üstündə hər cürə daş-qaş var idi

Zərgər dükanının vitrini kimi

            

Ayrılaq, unudaq kədəri, yası,

Könlüm dediyini söyləyir dilim.

Səni nazirliyin qaraVolqa

Məni isə ehtiyac gözləyir gülüm...

   

90- illərdə yazdığı şeirlərdə bu təzadlar, cəmiyyətdə baş verən konfliktlər xüsusilə nəzərə çarpır. Hamımıza tanış olan dərdlər, ağrılar bu şeirlərdə görünməkdədir.

   

Qız-gəlinin əsir getdi,

Oğulların yesir getdi,

Qala getdi, qəsr getdi,

Papaq nəyinə gərəkdir.

            

İgidlərin atdan düşür,

Sən pul topla, rüşvət döşür,

Başına ləçək yaraşır

Papaq nəyinə gərəkdir.

    

Nüsrət KəsəmənlininYaddan çıxmaz Qarabağadlı bir poeması var. Bu poemada o, İbrahimxəlil xanın qızı Ağabəyim ağanın həyatından söz açır. O, Ağabəyim ağanın timsalında vətənpərvər bir qadın obrazı yaratmışdır. Fikrimcə, poemanın sonluğu- Ağabəyim ağanın monoloqu həm dünyadan nakam gedən Nüsrət Kəsəmənlinin Vətən haqqında son monoloqu idi. “Allah onun ruhunu şad eləsindeyib yazını elə həmin poemanın bu son misraları ilə bitirirəm..

   

Torpağın köksündə baba ocağı,

Torpaqda buğlanan istini duyun.

Çörəktək öpürəm mən bu torpağı,

Öləndə, gözümün üstünə qoyun!

 





07.10.2012    çap et  çap et