525.Az

“Kardeş kalemler” dərgisinin sentyabr sayı


 

“Kardeş kalemler” dərgisinin sentyabr sayı<b style="color:red"></b>

Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan “Kardeş kalemler” dərgisinin sentyabr sayı işıq üzü görüb.

Dərginin “Redaktordan” başlıqlı ənənəvi girişində V Beynəlxalq Mahmud Kaşğarlı” hekayə müsabiqəsi” haqqında məlumat yer alıb.

Bədii yazılar azərbaycanlı şair Firuzə Məmmədlinin kiçik tərcümeyi-halı və şeirləri ilə başlayır. Şeirləri Türkiyə türkcəsinə Çinarə Nüsrətli uyğunlaşdırıb. Azərbaycandan şair İntiqam Yaşarın şeirləri (tərcümə: Oqtay Hacımusalı) və Azər Turanın “Əli bəy Hüseynzadə və “İttihad və Tərəqqi” cəmiyyəti” məqaləsi də dərginin bu sayındadır.

“Rusiya” bölməsində çap olunan Lyubov Arbaçakovanın şeirlərini O.Hacımusalı tərcümə edib.

Moldovadan professor Məmməd İsmayıl moldovalı şair Nikolay Dabija haqqında “İldırımın şəklini çəkən şair” deyə bəhs edir. Məqaləni şairin M.İsmayılın tərcüməsindəki şeirləri izləyir.

Batı Trakya Rahmi Əlinin “Anılarla yaşamaq”, Şimali Kipr Türk Respublikası Həvva Təkinin “Monqolustanda ata izləri”, Qazaxıstan isə Devletbek Baytursınoğlunun “Səkkiz yüz il və səkkiz il” məqalələri ilə təmsil olunur.

“Qırğızıstan” bölməsində Səməd Azapın böyük qırğız yazıçısı Çingiz Aytmatovun bacısı Roza Aytmatova ilə müsahibəsi yer alıb.

“Özbəkistan” bölməsində Nazar İşankulun “Ağ alov” (tərcümə: Nərgis Biray), Əbdülhəmid Məcidinin “Qara ev” (tərcümə: Vəli Savaş Yelok) hekayələri və Damin Turaevin “Sülh, yaradıcılıq və beynəlxalq dostluq şairi Şarap Raşidov” məqaləsi dərc olunub.

Anna Paytıkın “Yolda tapılan məktub” (çevirib: İlkər Etken) hekayəsi və Berdi Sarıyevin “Gülzura Cuman anlayışı” yazısı “Türkmənistan” bölməsindədir.

“Türkiyə” bölməsində isə oxucular Osman Çeviksoyun “Mandaların güləşi” hekayəsi, Yaqub Öməroğlunun “Qaşıq Oymaçılığı sənətinin Anadoluya gəlişində Əhməd Yəsəvinin rolu”, M.Şener Buludun “Çingiz Aytmatov və Elazığ anlayışı” məqalələrini oxuyacaqlar.

“Xəbər” bölməsində Türk Mədəniyyəti və Miras Vəqfin tərəfindən Parisdə Türk dünyası ilə bağlı keçirilən tədbirlərdən geniş reportaj yer alıb.

Şahanə MÜŞFİQ

 





15.09.2018    çap et  çap et