525.Az

Britaniya “Skripal işi”nə görə hələ Rusiya sanksiya tətbiq etmək istəmir


 

Britaniya “Skripal işi”nə görə hələ Rusiya sanksiya tətbiq etmək istəmir<b style="color:red"></b>

Böyük Britaniyanın daxili işlər nazirinin müavini Ben Uolles bildirib ki, London “Brexit” (Britaniyanın Avropa Birliyindən çıxması) prosedurunun tamamlanmasına qədər “Skripal işi”nə görə Rusiyaya sanksiya tətbiq etməyəcək.

Modern.az saytının xəbərinə görə bu haqda nüfuzlu “Daily Telegraph” nəşri bildirib. O qeyd edib ki, bu ilin mayında Britaniyanın sanksiyalar haqqında qanuna düzəlişlər etməsi Londona “Brexit” dən sonra lazım olacaq.

Qeyd edək ki, bu ilin martında Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripal Solsberidə “Noviçok” maddəsi ilə zəhərlənib.

Britaniya hadisənin Rusiya tərəfindən törədildiyini bəyan etsə də, Kreml ittihamlarla razılaşmır.

 





16.09.2018    çap et  çap et