525.Az

ÜAK-ın əvəzinə yeni təşkilat yaradılır


 

ÜAK-ın əvəzinə yeni təşkilat yaradılır <b style="color:red"></b>

“Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti ləğv olunandan sonra qərara gəldik ki, yeni təşkilat yaradaq. Hazırda yeni təşkilatın qeydiyyatdan keçməsi ilə bağlı işlər aparılır. Bu sahədə səylərimizi əsirgəmirik”. 

Bunu Modern.az-a açıqlamasında ləğv edilmiş ÜAK-ın icraçı katibi olmuş İlqar Hacıyev deyib 

İ.Hacıyev bildirib ki, ÜAK ləğv olunsa da, yeni yaradılacaq təşkilata onun adını vermək barədə də fikirləri var. 

“Ümumrusiya Azərbaycanlıları Konqresini 2001-ci ildə yaratmışdıq. O təşkilat bizim üçün hər şey idi. Ətrafımızda nə qədər ziyalı toplaşmışdı. Amma ümid həmişə var. Yeni təşkilatımıza bir neçə ad düşünmüşük. Həmin adlar içində ÜAK adı da var.

Sadəcə, yeni təşkilatımızın qeydiyyat məsələsi də həll edilməyib. Hər şey tam həllini tapan kimi ictimaiyyətə bu barədə məlumat verəcəyik. Yeni təşkilatımızız yaranmasına hər yerdən dəstək var. Rusiyadakı səfirliyimiz də bizə dəstək olur. Hər kəs bizi yenidən görmək istəyir” 

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi 2017-ci il 15 may tarixində Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatını ləğv edib.

 





16.09.2018    çap et  çap et