525.Az

İspan ədəbiyyatından nümunələr (tərcümə)


 

İspan ədəbiyyatından nümunələr<b style="color:red"> (tərcümə)</b>

İspancadan Telman Orucov tərcümə edib.

Hazır paltar mağazasında 

Satıcı oğlan ər-arvad müştəriləri qarşılayır:

– Salam, sinyorlar Qonsales! Sizə nə qulluq göstərə bilərəm?

– Mənim ərim bir kostyum almaq istəyir.

– Çox gözəl. Bu ay bizim çox böyük çeşiddə kostyumlarımız var. Siz hansı rəngi istəyirsiniz?

– Onda, mən yaxşı seriyadan olan göy rəngli bir kostyum istəyirəm.

– Yox, əzizim, sən göy kostyum istəmirsən, axı sənin göy rəngdə iki kostyumun var.

– Onda mən qəhvəyi rəngli kostyum istəyirəm. Qəhvəyi kostyumunuz varmı?

– Qəhvəyi? Mümkün deyil! Pedro, qəhvəyi rəng sənin açıq rəngli saçlarına yaraşmır. Zəhmət olmasa, boz rəngli kostyumu göstərə bilərsinizmi?

– Sinyor, siz açıq, yoxsa tutqun boz kostyum istəyirsiniz?

– O, tutqun boz istəyir. Açıq rəngli bir boz kostyumu vardır.

– Yaxşı, Mariya, ancaq başqa boz kostyum xoşuma gəlmir.

– Pedro, səfeh olma, boz rəng sənə çox yaraşır.

– Yaxşı.

– Lütfən, başqa kostyumları gətirin.

– Hansı ölçüdə, sinyor? 42?

– Bəli, sinyor. 42.

– 42? O sənə çox geniş olacaq. 41-in yaxşı seriyası.

– 41 mənə dar olacaq, Mariya. Sən ki, bunu bilirsən.

– Əgər ki, sən o qədər çox yeməsəydin, onda belə kök olmazdın. 41 ölçüdə kostyumunuz varmı, sinyor?

– Təəssüf ki, sinyora, indi bizim 41 ölçüdə kostyumumuz yoxdur. Yalnız 42 ölçülü var.

– Çox təəssüf. Eybi yoxldur, başqa mağazanı axtarmalı olacağıq. Xudahafiz!

 

lll

 

İnəyimi sənin qoyununa

dəyişmək istəyirəm

 

Bir evdə qoca ər-arvad yaşayırdı. Onlar kəndli olmaqla, çox kasıb idilər, ancaq xoşbəxt olmaqla, çox yaxşı xarakterə malik idilər. Onların qoca atlarından başqa heç nələri yox idi, at da artıq heç nəyə yaramırdı. Xoşbəxtlikdən onu saxlamaq da baha başa gəlmirdi, çünki bu heyvan yol kənarındakı otlaqlarda otlamaqla qidalanırdı. Tezliklə onlar belə qərara gəldilər ki, onu özləri üçün daha faydalı olan nəyəsə dəyişsinlər. Bazara getmək günü gəlib çatanda arvad ərinə dedi:

– Atı da özünlə apar. Sən görürsən ki, biz onu nəyəsə dəyişsək, bundan bir qədər pul qazanarıq. Necə eləsən, elə də olacaqdır.

Bizim kənddən şəhərə gedən şosse yolunda o, yavaş-yavaş irəliləyirdi. Bu vaxt arxasınca inəyini dartıb aparan cavan oğlanı gördü. Kişi fikirləşdi ki, “bu inək, yəqin ki, yaxşı süd verir”, ona görə də oğlana yaxınlaşıb soruşdu:

– İstəyirsən, gəl sövdələşək. Mənim atım sənin inəyindən çox yaxşıdır. Onu dəyişmək üçün sənə verirəm. Çünki at artıq mənə yaramır. Razısan?

Cavan oğlan başını qaşıyıb fikirləşdi və dedi ki, əlbəttə, bu, yaxşı olar.

Bir qədər sonra kəndli qarşısında qoyun aparan bir kişi ilə qarşılaşdı. O dedi: “Ey, dostum, mən inəyimi sənin qoyununa dəyişməyi təklif edirəm”.

Bu adam da razılaşdı. Və bizim kəndli yoluna davam edəndə, qoyunu almağından çox prazı qalmışdı. Çünki onu saxlamaq, inəkdən fərqli olaraq çox zəhmət tələb etməyəcəkdi. Bu vaxt başqa bir kişi ilə qarşılaşdı, o, qucağında gözəl bir qaz aparırdı.

– Qəşəng qaz aparırsan, yəqin kökdür!

Bir qədər söhbətləşəndən sonra düşünməyə başladı ki, əgər bu qazı arvadına aparıb versə, o, buna çox sevinəcəkdir.

– Dostum, bir şeylə onu dəyişmək istəyirsənmi? Mən qazın əvəzində qoyunumu sənə verərəm.

Bu adam da təklifi qəbul etdi. Və kəndli öz yoluna davam etdi. Şəhərin girişində bir vergiyığanın evi var idi. Bizim əkinçi onun bağında ayaqları bağanmış toyuğu gördü. Kəndli, qapının qabağında oturan kişiyə yaxınlaşdı və öz qazını onun toyuğuna dəyişməyi təklif etdi. O, toyuğu almağı çox istəyirdi. Axı ona heç bir zəhmət çəkilməyəcəkdi, həm də toyuq  gündə bir yumurta verəcəkdi. Əla sövdələşmədi.

Həmin kişi ona dedi:

– Bəlkə də mənim üçün bu, heç də sərfəli olmayan bir iş deyildir. Toyuq səninkidir. Mənə qazı ver və məsələ artıq bitdi.

Kəndli sevindiyindən ağlını itirmişdi. Arvadı toyuğu görəndə, həm də atı neçə şeyə dəyişdiyini eşidəndə məəttəl qalacaqdı. Bu yaxşı kişi artıq yorulmuşdu. Və karvansarada gecələməyi qərara aldı. Bu vaxt o, həmin karvansaradan çıxan və belində ağır kisə aparan bir cavan oğlanı gördü, ondan nə apardığını soruşdu.

– Dəyib ötmüş lalıq almalardır, bunları donuzların qabağına atmaq istəyirəm, – deyə o, cavab verdi.

– Almalar?! Sən bilirsənmi ki, mənim arvadım almanı necə xoşlayır? Bizim isə bəxtimiz gətirmir. Alma ağacımız ildə bircə dənədən artıq meyvə vermir. Və yazıq qoca arvad onu çürüyənə qədər şkafda saxlayır. Sən başa düşürsənmi ki, o, necə razı qalacaqdır.

– Bəs sən mənə nə verəcəksən? – deyə cavan oğlan soruşdu.

– Eh, mən sənə nə verəcəm? Gəl onu bu gözəl toyuqla dəyişək.

Gənc oğlan təklifi qəbul etdi və kəndli toyuğu bir kisə almaya dəyişdi.

 

lll

 

İt haqqında elegiya

(İşlənmiş xalq nağılı)

 

Drum bir ov iti idi. Öz sahibi ilə düzənliyin ortasındakı evdə yaşayırdı, onlar bir-birini çox sevirdilər, necə ki, insan iti sevə bilər. Və it də həmçinin öz sahibinə bir dost olaraq qalırdı.

Bir gün səhər tezdən Drum sürünə-sürünə qonşunun evinin qapısına gəlib çatdı. İtin onun malikanəsinə yaxınlaşmaması üçün, bu vaxt pis ürəkli qonşunun atdığı güllə Drumun qarnına dəyib, bağırsaqlarını çölə tökdü. Ağrıdan əzab çəkən it kədərli gözləri ilə sahibinə baxırdı. Və bu əziz dost elə oradaca öldü.

Hiddətlənən sahib bu pis adama qarşı onun itini öldürməsinə görə iş qaldırdı. Onu məhkəməyə verdi ki, təqsirini etiraf etsin.

Həftələr, aylar keçdi. Və məhkəmələr məsələnin həll olunması üçün heç nə etmək istəmirdilər. Bu o vaxta qədər davam etdi ki, nəhayət iş yüksək instansiyalı məhkəməyə çıxarıldı. Müttəhimin müdafiəçisi işi çox yaxşı yoluna qoyurdu. Və mühakimə başa çatırdı, bu vaxt bir cavan vəkil sakit tonda öz nitqinə başladı:

– Adamın yaxşı dostu hansısa bir gün onun düşməninə çevrilə bilər. Hətta övladlar da nankorluq göstərə bilərlər, bizim etdiyimiz yaxşılıqları bir gün itirə bilərlər. Belə misallar da vardır ki, o adamlar ki bizə ehtiram bəsləyirdilər, bədbəxtliyin nümunələrinin kölgələri yarandıqda, əlbəttə ki, onlar bizdən uzaqlaşırlar, bizə nifrət bəsləyirlər.

Yeganə təmənnasız dost odur ki, bu təmənnalı dünyada o, yeganə olmaqla, heç vaxt nankor ola bilməz və onun xəyanətə qadir olmadığını həmin bizim dostüumuz itdə görürük. İt sahibi ilə, o, varlı olanda da, kasıb olanda da, gümrah olanda da, xəstə olanda da bir yerdə idi. Narahat yerdə və soyuq döşəmə üzərində yatırdı ki, daim öz sahibinin yanında olsun.

Dostlarının hamısı həmin adamı tərk edən vaxt onun yanında daim öz sədaqətli iti qalmışdı. Öz var-dövlətini və şöhrətini itirəndə, itinin mehribanlığı və sədaqəti yenə də qalırdı. Hər şey cox arxada qalanda, sahibi itini ölmüş görəndə, bütün dostları və  bir vaxt arxasınca gedən hər kəs ondan ayrıla bildi, orada  yalnız iti qalmışdı, öz məzarı ilə düzənliyə sıxılaraq, başını ayaqlarının arasına qoymuş şəkildə,  kədərli gözləri ilə, həmişə olduğu kimi sədaqəti ilə, həmişə olduğu kimi mehribanlığı ilə, hətta ölüm anında da.

Vəkil yerinə oturdu. Salondakı adamların hamısı tam sakit şəkildə onu axıradək dinlədi. Bu çıxışa görə hakimlər bir anlığa uzaqlaqşdılar və sonra məhkəmənin sədri Drumun sahibinin xeyrinə olan hökmü elan etdi.

Pis ürəkli adam, itin qatili böyük məbləğdə pul ödəməli olacaqdı. Və hamının ittihamedici baxışları altında o, məhkəmə salonunu tərk etdi.

(İşləyəni H. Almendrosdur)

lll

İspaniya

 

(nəğmə)

 

İspaniya, İspaniya, ey çox gözəl qadınlar ölkəsi

İspaniya, İspaniya, tamam vurğun etmisən dənizi.

İspaniya, İspaniya, məşhurdur qırmızı qərənfili.

İspaniya, İspaniya, bil ki, unutmaram heç vaxt səni.

Bu gözəl söz sırf kastilian dilində yada salır diyarımı, Vətənimi.

Min dəfə eşitsəm də, əzizdir mənə

Gəlir ətri, elə bil, sirrdən, qərənfildən,

Qılızgüldən, bir də ən şirin hisslərimdən.

Bu söz çevrilib artıq Vətənimin rəmzinə

Atam-anam öyrətdi ilk dəfə onu mənə.

Döndü həmin andan da əziz olan tilsimə.

 





05.08.2013    çap et  çap et