525.Az

Türkiyə İraqın şimalında genişmiqyaslı əməliyyat keçirdi


 

Türkiyə İraqın şimalında genişmiqyaslı əməliyyat keçirdi <b style="color:red"></b>

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində azı 8 terrorçu zərərsizləşdirilib.

Bundan başqa, terror təşkilatının dayaq nöqtələri məhv edilib.

Əməliyyat İraqın Avaşin, Metina və Zap rayonlarında keçirilib.

Qeyd edək ki, son günlərdə Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında müntəzəm əməliyyatlar keçirir.

 





21.09.2018    çap et  çap et