525.Az

YAP İlham Əliyevin prezidentliyə namizədliyi barədə sənədləri MSK-ya təqdim edib


 

YAP İlham Əliyevin prezidentliyə namizədliyi barədə sənədləri MSK-ya təqdim edib<b style="color:red"></b>

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu ilin oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd, YAP sədri, Azərbaycan prezidenti İlham Əliyevin seçki sənədlərini bu gün Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bu barədə məlumatı APA-ya YAP-dan veriblər.
 
Sənədlər Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq MSK-ya təqdim edilib.
 
Qeyd edək ki, YAP iyunun 7-də keçirdiyi V qurultayında prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

 





06.08.2013    çap et  çap et