525.Az

Əli İldırımoğlunun 85 illiyinə


 

Əli İldırımoğlunun 85 illiyinə<b style="color:red"></b>

Noyabrın 17- görkəmli yazıçı-jurnalist Əli İldırımoğlunun 85 yaşı tamam olur.

Bu münasibətlə tanınmış publisist Loğman Rəşidzadənin yazıçının yaradıcılığından

bəhs edənFəryad vicdanessesini oxuculara təqdim edirik.

 

 

Loğman  RƏŞİDZADƏ

Fəryad... Və Vicdan

 

Biz çox vaxt suallar yox, cavablar qarşısında aciz qalırıq. Sualları biz vermirik... Biz cavablarımıza məhkumuq. Suallar ilahi nidasıdır... Cavablar insan əməlinin təqdimatıdır. Zamanın  əbədiliyinə söykənən, keçmişin ənginliklərindən süzülüb gələn sirr dolu  bu suallara cavab axtara-axtara insan oğlu  müəmma dolu  bir substansiyaya çevrilmirmi?!. Həyat əbədi suala dönmürmü?.. Yaxud bu cavabların özü  sual nidasıyla səslənmirmi?  Bəzən   müdhiş  cavablar  bizi yenidən quru, soyuq suallarla üzbəüz qoymurmu? Biz kimik?.. Hardan  hara gedirik?.. Yolumuzda, inam əqidəmizdə, imanımızda dərəcədə kamilik?  Zaman öz nəfəsində, nəfsində bizdən  nələri alıb, nələri verib! Daim əbədi mürəkkəb sual  kimi böyük məchulluqla önümüzdə dayanan bu dünya qarşısında bizim  əbədi missiyamız nədir?.. Onu xilas eləmək, yoxsa daha da bəlalara sürükləmək? İlahi varlıq olan, müqəddəslikdən  pərvəriş tapan, tədricən  şərə uyub şeytana xidmət edən insan övladının missiyası  bəlkə elə budur: vurmaq, dağıtmaq, yandırıb yaxmaq... Bəlkə insan dünyaya elə buna görə gəlir?.. Bəlkə elə ona görə insan halallıqdan daha çox harama xidmət edir? Elə məhz buna görə gözəl dünyamız od tutub yanır, şeytanınbuxovunda  çabalayır? İnsan Allahlıq  iddiasına düşəndə öz missiyasını unudur, Allahın  işlərinə əl aparır bundan gizli,  məşum bir zövq alır... Allah zaman-zaman  öz yaratdığına  həddini tanıtdırır,  missiyasını xatırladır, müxtəlif  üsul vasitələrlə onu tərbiyə eləməyə çalışır.

 

Zamanın ayrı-ayrı çağlarında  meydana gələn dinlər, elmi biliklər, etik-estetik  fikirlər, fəlsəfi görüşlər, incəsənət, ədəbiyyat... Bütün bunlar insanı tərbiyələndirmək, onu  şərin pəncəsindən xilas eləmək üçün ilahi  çabalardır. Təəssüf, günün bu günündə, hətta kosmosu fəth etmək əzmində olan müasir insan  özü-özünü fəthdə yenə acizdir. qədər çəkəcək?! Haqqdan, ədalətdən, xeyir əməllərdən  uzaq düşmüş  insan özünü tapmaq, özünü yenidən kəşf etmək üçün hələ özü-özüylə çoxmu mücadilə aparacaq?.. Yəni son anda, dünyanın əşrəfi sayılan insan  bir qarışqa ömrü yaşamayacaqmı?..

 

Məşhur hədisdə  deyilir ki, Həzrəti İbrahim Peyğəmbəri yandırmaq üçün oda atıb kənardan tamaşaya dayanırlar. Bu vaxt balaca bir qarışqa  ağzını suyla doldurub odun üstünə tökməyə başlayır. Onu lağa qoyub gülürlər. Sənin  canın-cəsədin nədir ki, bu boyda odu söndürmək istəyirsən, - deyirlər. - Düzdür,  bu cismimlə odu söndürə bilməyəcəyəm. Amma mən, öz vicdan borcumu yerinə yetirirəm, - qarışqa cavab verir.

 

Zaman-zaman  üz-üzə qaldığımız bəşəri sualların ən  sadə mükəmməl cavabı, bəlkə elə budur! Qarışqa   ömrü, qarışqa vicdanı... Bəlkə ulu Tanrı  bizi bununla imtahana çəkir, bizə dərs verir, qarışqa vicdanını insan vicdanına adekvat  estetik  kateqoriya  kimi qoyur?! Fəlakət  qarşısında hamının vicdanı oyanmalı, borc hissi kükrəməli, bacardığını ortaya qoymalıdır.  Nəinki özü fəlakət yarada, həmcinslərinin malına-canına qəsd edə, qurulub-yaradılmışları viran qoya, yandırıb-yaxa, kütləvi qırğınlar törədə, Allahın işinə əl aparıb onun vəzifələrini mənimsəyə... Qoca tarix belə halları zaman-zaman təkrarlayıb, lakin son anda, haqq qazandırmayıb. Erməni vandalizmi, erməni vəhşiliyi, erməni şovinizmi təzələnən, təzələndikcə  həyasızlaşan, həyasızlaşdıqca quduzlaşan, yeni  çalarlarla üzə çıxan bəşəriyyət insanlıq əleyhinə belə faktlardandır. İnsan, onsuz da xislətən günahkardır.  Hər insanın qəlbində  məşum, sirli bir xəbislik, günah potensialı yatır. Viktor Hüqo  mümkün qədər az günah işlətməyi tövsiyə edirdi. İnsan üçün qanun budur, - deyərdi. Bəli, insan çalışıb az günah eləməlidir. Heç  günah etməmək mələklərin  işidir... Bəli, söhbət hələ adi, başqa sözlə, cari günahdan gedir.   Təbii,  hər kəs potensial günahkardır. Bəs qatil, qan       içən, yırtıcı, dağıdıcı, insanlığa qarşı vandallar?.. Təbii, sual da, cavab da  bu anda qapanır.  Artıq bundan sonra insan yox, insan sifətində  şeytan iblis başlayır. Bunu belə formula eləmək olar: bundan sonra  ermənilik başlayır...

 

Biz qarışqa vicdanını örnək gətirdik. Bu, hər bir insanın vicdan  borcuna  da işıq tuta bilər. Hər kəs bəşəriyyət qarşısında, bu gözəl, mərhəmətli, ana şəfqətli  dünyamız qarşısında, hər an ünsiyyətdə olduğu, göz-gözə, nəfəs-nəfəsə dayandığı həmcinsləri önündə cavabdehdir, məsuliyyətlidir. Di gəl ki, çox vaxt bu ali, ruhani   qüdsal vəzifələr unudulur,  evin içində qardaş qardaşla yola getmir, qonşu qonşuya daş atır, əsrlər boyu eyni regionda, eyni  paraleldə yaşayan millətlər bir-birinə qənim kəsilir, ölkələr, dövlətlər cəngi-cidala çıxır, kəndlər, şəhərlər xarabazara çevrilir, qan su yerinə axır... Həmişə ləyaqətini uca tutan, səmimiyyəti ucbatından  əzab-əziyyət çəkmiş biz azərbaycanlılar da zaman-zaman adı vicdani hissdən mərhəmətdən  məhrum erməni millətçiləri tərəfindən  zülmə, zillətə, basqıya, soyqırıma məruz qalmışıq.  Bu gün həmin ağrı-acıyla   baş-başayıq. Ermənilər, xüsusən onların millətçi qanadı, bəlkə yer üzündə yeganə məxluqdur ki, öz qövmü, bəşəriyyət insanlıq qarşısında heç bir məsuliyyət daşımadan yaşayır. Bununla da həm öz millətinin, həm başqa xalqların inkişafına ciddi əngəllər törədir.  Onların bu xisləti son anda da bumeranqa dönüb özlərinə dəyir.

Azərbaycana qarşı məkrli erməni siyasəti əsrlər boyu davam edib müxtəlif dövrlərdə fərqli çalarlarda üzə çıxıb. Onların müxtəlif səpkili buincəsiyasətinin son anda kobud bir məntiqi olmuşdur: erməni millətçiliyi. Tarix kitablarında, elmi-metodiki dərgilərdə, publisistik nümunələrdə, ədəbi-bədii əsərlərdə erməni millətçiliyi, erməni  vandalizmi faktlarla,  real,  həyati detallarla göstərilmiş, dünya ictimaiyyəti qarşısında ifşa edilmişdir.  Yazıçı Əli İldırımoğlu öz yaradıcılığında bu məsələyə dönə-dönə müraciət etmişdir. “Daş yağan gün  romanı bu mövzuda fundamental ədəbi nümunədir.

 

Əli İldırımoğlu geniş profilli, dərin məzmunlu, fəlsəfi mündəricəli əsərləri ilə ədəbi ictimaiyyətə yaxşı tanışdır. Onun əsərlərini Azərbaycan həyatının, azərbaycanlı taleyinin ensiklopediyası adlandırsaq, səhv eləmərik. Təqdimata ehtiyacı olmasa da, söhbətimizin ruhuna uyğunluğunu nəzərə alıb onun insan taleləri ilə zəngin əsərlərini bir daha yada salaq: “Həmin adam”, “Zorən jurnalist”, “Közərən sətirlər”, “Dərd”, “ Qarlı gecələr”, “Mənim rəncbər atam”, “Aqibət insan talelərinə, milli, sosial, əxlaq məsələlərini fərqli rakurslarda əks etdirən digər əsərlərində erməni məsələsi, erməni problemi, xalqımız üçün daim  başağrısına çevrilmiş ermənilik məsələsinə bu ya digər yöndən toxunulmuş, fəlsəfi, estetik əxlaqi təhlilə, təşrihə cəlb edilmişdir. Ən nəhayət, birbaşa erməni məsələsinə, ermənizmin vəhşi təbiətinə həsr olunmuşDaş yağan günromanı... Fabulası  son dərəcə həyati, real ictimai lövhələr, canlı xarakterlər üzərində  qurulmuş  romanda insan mənzərələri, təbiət cəmiyyətin harmoniyası zərif ədəbi dildə, səmimi bir təhkiyə ilə təqdim edilir. Ədib, xalqımıza həmişə qənim kəsilmiş erməni şovinizminin, erməni vəhşiliyinin kökdən, dibdən gələn səbəblərini göstərir, düşmənçiliyi ənənəyə çevirmiş xəbis erməni psixologiyasının heyrətamiz dərəcədə real obrazlı şərhini verir. Son anda  ağsaqqal,  ağır taxtalı yazıçı mətləbləri, məsləhətləri, təhkiyənin yekunu kimi müdrik nəsihətlər, atalar sözü mərtəbəsində ədəbi-estetik nəticələr...

 

Əsərin bədii mətləbi onu deyir ki, bu roman bizim ata kitabımız olmağa, ömrümüzün, taleyimizin bələdçisi rolunu oynamağa layiqdir. Axı, biz həm unutqanıq... Belə kitabları yaddaşımızı təzələmək üçün hər an, hər zaman, bəlkə özümüzlə daşımalıyıq. Evimizdə göz önündə saxlamalıyıq, işdə stolumuzun üstündə ən görümlü yerdə olmalıdır, yol gedərkən belə, qoltuğumuzda gəzdirməliyik. Mübaliğə hesab etməyin, hissə qapılmaq kimi qiymətləndirməyin... Bu kitab hər cür tərifə, hətta pafoslu qiymətə layiqdir. Çünki buradakı hadisələr, qələmə alınmış mövzu, ictimai  kolliziyalar bizim taleyimizlə, milli mövcudluğumuzla birbaşa bağlıdır.  Bir daha vurğulamaq istəyirəm ki, belə kitablar  bizim mənəvi-əxlaqi dərsliyimizdir. Sayıqlığımızı itirəndə belə kitabları vərəqləməliyik, bərkliyimizi, iradi möhkəmliyimizi saf-çürük eləmək, siyasi səbatlığımızı bir daha yoxlamaq, ayıq-sayıq, sərvaxt olmaq üçün yenə belə kitablara müraciət etməliyik.  Bir balaca laqeydləşəndə, iradəmizin yayı boşalanda yenə bu ünvana üz tutmalıyıq. Axı, biz unutqanıq... Belə kitablar mənəvi dayağımız, dumanlı əzablı  yollarımıza tutulan bir işıq, məşəldir, zamanın qapalı suallarına cavabdır. Biz kimik, hardan gəlib hara gedirik? Necə gedirik, üçün gedirik? Bu ziqzaqlar içərisində bir xalq kimi  mövcudluğumuzu necə qorumalıyıq? Əbədiyyət qarşısında  hansı sınaqlara hazır olmalıyıq? Başımıza yağan daşları yığıb saxlamalıyıqmı, yoxsa onların üstündən laqeydcəsinə adlayıb keçməliyikmi?  Özünüdərk, özünütəsdiq nədir: Allah vergisidirmi, xarakterdimi, xarizmadırmı,   milli mentalitetdirmi?.. Ağsaqqal, müdrik yazıçımızDaş yağan günromanında bu mətləblərə incə bir işıq salır, bu qapalı suallara müəyyən açıq cavablar verir. Köhnə Həsənlinin ağsaqqallarından biri,  Babanın diliylə estetik qənaətini bəyan edir: “ millət olursa-olsun, insan ki, Allahdan qorxmadı, ondan pis əməl desən çıxar...”

 

(ardı var)

 





07.10.2012    çap et  çap et