525.Az

Şuşa musiqisi Macarıstanda


 

Şuşa musiqisi Macarıstanda<b style="color:red"></b>

Macarıstanda keçirilən Folklor Festivalında Azərbaycanı Şuşanın musiqili rəqs qrupu
təmsil edəcək. Lent.az-ın məlumatına görə, Azərbaycanın nümayəndə heyəti Döndöş şəhərində keçiriləcək festivalda iştirak etmək üçün Macarıstana yola düşüb. Festivalda Azərbaycanı Şuşa rayon Mədəniyyət və Turizm idarəsi nəzdində fəaliyyət göstərən məcburi köçkünlərdən təşkil olunan rəqs və musiqi ansamblı təmsil edəcək.

Tədbirdə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İcmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və İcmanın nümayəndə heyətinin iştirak edəcəklər.


Qeyd edək ki, Festival 2008-ci ildən başlayaraq hər il Folklor Festivallarının Təşkili Beynəlxalq Birliyinin – CİOFF ( İnternational Council of Organizations of Folklore Festivals) tətbiq etdiyi standartlar əsasında təşkil olunur. Bu il Festivala Azərbaycan, Braziliya, Kolumbiya, Fransa, Yunanıstan, İordaniya, Çin, İspaniya,
Ukrayna və Macarıstanın fərqli rəqs və musiqi qrupları dəvət olunub.

2013-cü il mayın 9-da Şuşa şəhəri ilə Döndöş arasında Qardaşlaşma Bəyanatı imzalanıb. Məhz bu səbəbdən Azərbaycanın mədəniyyəti, tarixini və ənənələrini təqdim etmək üçün Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi vasitəsi ilə Festivala Azərbaycan tərəfindən Şuşa şəhərinin musiqili rəqs qrupu dəvət olunub.

 





06.08.2013    çap et  çap et