525.Az

UEFA "play-off" mərhələlərinin püşkünün vaxtını açıqladı


 

UEFA "play-off" mərhələlərinin püşkünün vaxtını açıqladı<b style="color:red"></b>

UEFA Çempionlar Liqası və Avroliqasının "play-off" mərhələsinin pükşünün vaxtını açıqlanıb.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir avqustun 9-na nəzərdə tutulub.

Həmin gün Bakı vaxtı ilə saat 14:45-də Çempionlar Liqasının, bir saat sonra (saat 16:00-da) Avroliqanın "play-off" mərhələsinin püşkü atılacaq.

Avroliqada yeganə təmsilçimiz olan "Qarabağ"ın "play-off"dakı potensial rəqibi də məhz ayın 9-da bəlli olacaq. Lakin Ağdam təmsilçisi buna qədər "Gefle" (İsveç) səddini keçməlidir. İlk oyunda Bakıda rəqibini 1:0 hesabı ilə məğlub edən "Qarabağ" avqustun 8-də İsveçdə cavab matçına çıxacaq.

Qeyd edək ki, Avroliqanın "play-off" mərhələsinin oyunları 15-22 avqust tarixlərində keçiriləcək. 

 





06.08.2013    çap et  çap et