525.Az

Azərbaycanda qaz abonentlərinin sayı açıqlandı


 

Azərbaycanda qaz abonentlərinin sayı açıqlandı<b style="color:red"></b>

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1561750-ə çatıb. Lent.az-ın məlumatına görə, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1561750-ə çatıb. Bunların da 1542742-i əhali, 19008-i isə qeyri-əhali abonentidir. Həmin abonentlərin 679440-ı Bakı şəhəri (669648 əhali, 9792 qeyri-əhali abonenti), 882310-u isə regionların ( 873094 əhali, 9216 qeyri-əhali abonenti) payına düşür. İlin əvvəli ilə müqayisədə abonentlərin sayı 77981 ədəd artmışdır.
 
Ümumilikdə, 1561635 abonent (99,99 faiz) sayğaclaşdırılıb ki, bunun da 1542627-i əhali (99,99 faiz), 19008-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 669547 əhali abonenti (99,98 faiz), 9792 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 873080 əhali abonenti (100 faiz) və 9216 qeyri-əhali abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi 679339 abonent (99,99 faiz), regionlar üzrə isə 882296 abonent (100 faiz) sayğaclaşdırılıb.

01 avqust 2013-cü il tarixə olan məlumata əsasən, əhali abonentlərinin mənzillərində 773758 “smart-kart” tipli sayğac quraşdırılıb. İlin əvvəli ilə müqayisədə abonentlərin mənzillərində quraşdırılan “smart-kart” tipli sayğacların sayı 157752 ədəd artıb.

 





06.08.2013    çap et  çap et