525.Az

"Azərbaycan regional tranzit mərkəzinə çevrilməsi üçün vacib addımlar atır"


 

"Azərbaycan regional tranzit mərkəzinə çevrilməsi üçün vacib addımlar atır"<b style="color:red"></b>

Azərbaycanda elektron kommersiya sahəsində hüquqi nizamlanmanın formalaşdırılması və təmin olunması üçün vacib addımlar atılır.

Trend-in məlumatına görə, bunu Bakıda elektron kommersiya forumu zamanı Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, vacib addımlardan biri yerli məhsulun beynəlxalq bazara çıxışı imkanının təmin olunmasıdır:

“Ölkədə qəbul olunmuş hüquqi və normativ aktlar, o cümlədən “Elektron kommersiya haqqında” qanun, 2014-2020-ci illər üçün İnformasiya cəmiyyətinin inkişafı üzrə milli strategiya və iqtisadiyyatın müxtəlif sahələri üzrə strateji yol xəritələri bu sahədə qarşıya qoyulan hədəflərin reallaşdırılmasına imkan yaradır”.

Nazir müavini bildirib ki, hazırda ölkədə “Azərpoçt” və “SilkWay”in e-kommersiya sahəsində birgə layihəsi uğurla reallaşdırılır. Bu layihə Çinin elektron ticarət məkanları vasitəsilə sifariş olunan məhsulların ölkəyə çatdırılmasını nəzərdə tutur.

E.Vəlizadə əlavə edib ki, strategiyanın uğurla icra olunması, ölkənin regionda nəqliyyat və tranzit mərkəzinə çevrilməsi, nəqliyyat infrastrukturunun yüksək səviyyədə inkişafı Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün gözəl imkan yaradır.

 





24.09.2018    çap et  çap et