525.Az

Stiven Siqal Rusiyada qubernator olmaq istəyir


 

Stiven Siqal Rusiyada qubernator olmaq istəyir<b style="color:red"></b>

Amerikalı aktyor, kinoprodüser, döyüş ustası, Rusiya Xarici İşlər Nazirliyinin RF-ABŞ humanitar əlaqələri üzrə xüsusi nümayəndəsi Stiven Siqal Primorsk diyarının qubernatoru olmaq istədiyini bəyan edib.

Trend-in məlumatına görə, Vladivostokda jurnalistlərin müvafiq sualına cavab verən S.Siqal bildirib: "Məmnuniyyətlə. Mən Rusiya Prezidenti Vladimir Putinin maraqlarını təmsil edirəm".

2016-cı ildə Rusiya vətəndaşlığı alan aktyor ata tərəfdən ulu babalarının buradan olduğunu deyib:

"Mən hər dəfə Primorsk diyarını tanımaq, daha çox şey görmək və sizin qubernatorunuz olmaq istərdim".

 





26.09.2018    çap et  çap et