525.Az

Londonda Azərbaycanın yeni turizm brendi təqdim olunacaq


 

Londonda Azərbaycanın yeni turizm brendi təqdim olunacaq<b style="color:red"></b>

Azərbaycanın yeni turizm brendi Londonda təqdim olunacaq.

Bu barədə Trend-ə Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə məlumat verib.

K.Quluzadə qeyd edib ki, təqdimat ilk öncə Bakıda təşkil olunacaq.

“Oktyabr ayının 18-də Azərbaycanın yeni turizm brendinin təqdimatı baş tutacaq. Təqdim olunacaq yeni brend strateji yol xəritəsi əsasında qurulub".

K.Quluzadə bildirib ki, Azərbaycan turizm brendi agentliyin sifarişi ilə dünyada bu istiqamətdə ixtisaslaşmış ən iri şirkətlərdən biri tərəfindən hazırlanıb:

“Brendin hazırlanması Dövlət Turizm Agentliyinin ilk vəzifələrindən biri idi. Oktyabr ayında ictimaiyyətə təqdim edildikdən sonra, noyabr ayında Azərbaycan turizm brendinin Londonda beynəlxalq turizm sərgisində təqdimatı olacaq”.

 





28.09.2018    çap et  çap et