525.Az

Anar Məmmədovdan Rihanna ilə bağlı yayılan xəbərlərə münasibət


 

Anar Məmmədovdan Rihanna ilə bağlı yayılan xəbərlərə münasibət<b style="color:red"></b>

“Zqan Holdinq”in prezidenti, məşhur iş adamı Anar Məmmədov son günlər barəsində mediada yayılan şayiələrə münasibət bildirib.

A. Məmmədov öz facebook səhifəsində online mediada belə xəbər yazanları qınayan status yazıb: “Bu gun Rihanna ilə əlaqəli xəbərlərdə adım hallandı. Maraqlı fakt o idi ki, bu xəbər ilk olaraq bu günə qədər heç kimin tanımadığı saytda yayılmışdı. Özlərini peşəkar adlandıran başqa KİV-lər də bir anda o naməlum saytın heç bir sübutu olmayan məlumatını yaymağa başladılar. Xəbər qıtlığı yaşandığını başa düşürəm. Mənim adımın kontekstində olan xəbər başlığı oxucuları sayta cəlb edəcək. Amma uyduranda da hardasa reallığa yaxın olan nəsə fikirləşmək lazımdı” …

Anar Məmmədov atmacasından da qalmayıb: “Hadisəni mənə “qoşanlar” görəsən Cenifer Lopez gələndə niyə heç nə yazmadılar”.

Daha sonra isə iş adamı gülüş işarələri ilə daha bir sual ünvanlayıb: “Maraqlıdır, hamilə Şakira Bakıya gələndə nə yazacaqlar?)”

lent.az

 





08.10.2012    çap et  çap et