525.Az

"Feysbuk"da 50 milyona yaxın istifadəçinin profilinə təsir edən təhlükəsizlik problemi


 

"Feysbuk"da 50 milyona yaxın istifadəçinin profilinə təsir edən təhlükəsizlik problemi<b style="color:red"></b>

Feysbuk şirkəti 50 milyona yaxın istifadəçinin profilinə təsir edən təhlükəsizlik probleminin aşkarlandığını açıqlayıb.

Trend-in məlumatına görə, texniki boşluq şirkətin mühəndisləri tərəfindən aradan qaldırılıb.

Lakin, hücum olunan profillərdəki məlumatların başqa məqsədlər üçün istifadə edilib-edilmədiyi hələki məlum deyil.

Bu açıqlamadan sonra Feysbuk şirkətinin dəyəri 3 faiz ucuzlaşıb.

Şirkətin təhlükəsizlik şöbəsinin rəhbəri Qay Rozen yaranan problemə görə istifadəçilərdən üzr istəyib.

 





29.09.2018    çap et  çap et