525.Az

Millimiz FİFA reytinqində irəlilədi


 

Millimiz FİFA reytinqində irəlilədi<b style="color:red"></b>

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi iki pillə irəliləyərək 115-ci pilləyə qalxıb.

Qardaş Türkiyənin milli komandası reytinqdə bu dəfə bir pillə də geriləyərək 58-ci yerə düşüb.

Siyahıya yenə də İspaniya millisi başçılıq edir. Almaniya ötən aykı pilləsini qoruyaraq ikinci, Kolumbiya isə üçüncüdür.

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan ölkələr də reytinq cədvəlində irəliləyib. Portuqaliya 7-ci (0), Rusiya 16-cı (+1), İsrail 63-cü (+1), Şimali İrlandiya 109-cu (+2), Lüksemburq isə 140-cı (+1) yeri tutur.

 





08.08.2013    çap et  çap et