525.Az

“Araz çayının suyu ilə Urmiya gölünün xilas edilməsi bəhanədir”


 

“Araz çayının suyu ilə Urmiya gölünün xilas edilməsi bəhanədir”<b style="color:red"></b>

“Araz çayının suyu ilə Urmiya gölünün xilas edilməsi bəhanədir”.

APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad deyib.
 
Onun sözlərinə görə, Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsi yalnız kənd təsərrüfatı, sənətkarlıq və turizmi inkişaf etdirmək məqsədilə həyata keçirilir: “Bu layihəni belə bir məqsəd üçün reallaşdıran şəxslər Urmiya gölü quruyandan sonra bölgədə artıq kənd təsərrüfatının məhv olacağını bilmirlər?”
 
H. Abbasnejad deyib hazırda Urmiya gölünün yalnız 1/3 hissəsi qalıb: “Həmin hissə də quruyanda yerində qalacaq duz kütlələri Azərbaycan, Kürdüstan, Məşhəd və Tehran vilayətləri də daxil olmaqla bütün İranı əhatə edəcək”.
 
Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri vurğulayıb ki, indiyədək Urmiya gölünü ekoloji fəlakətdən xilas etmək üçün 24 layihə icra vəziyyətindədir.
 
Qeyd edək ki, bu il iyulun 27-də İranın Şərqi Azərbaycan vilayətinin qərbində yerləşən Culfa şəhərində Araz çayının suyunun Urmiyə gölünə axıdılması layihəsinin icrasına başlanılıb. Layihədə məqsəd 22 şəhər və 286 kənddə əhalinin suya olan tələbatını ödəmək, Urmiya gölünü lazımi miqdarda su ilə təmin etmək və layihə ərazisində əkin sahələrinin müasir metodlarla suvarılmasına şərait yaratmaqdır.

 





12.08.2013    çap et  çap et