525.Az

Azərbaycanlı teleaparıcının ürəyində problem var


 

Azərbaycanlı teleaparıcının ürəyində problem var<b style="color:red"></b>

Son aylar yerli həkimlər tərəfindən ürəyindən mütəmadi müalicə alan teleaparıcıya həkimlər probleminin olduğunu deyiblər.

Milli.Az-ın əməkdaşı ilə telefon bağlantısı zamanı Gülnarə Məmmədova həkim müayinəsində olduğunu təsdiqlədi.

«Müayinələr davam edir. Ürəyimdə problemin olduğunu hiss edirəm. Bakıda müəyyən müalicə kursu keçdim. Artıq neçə gündür İstanbuldayam. Burada olmağıma ağrıların məni üstələməsi səbəb oldu. Yəqin ki, diaqnoz sabah bəlli olar» - deyən teleaparıcı həssas xarakterə malik olduğundan ətrafında olan bütün problemlərə uzaqdan yanaşa bilmədiyini söylədi.

Şəxsi həyatında uğursuz evlilik yaşayan Gülnarə xanımın probleminin zamanla yarandığı istisna deyil.

Onun yaxın 2-3 günə Bakıya qayıdacağını öyrəndik.

 





08.10.2012    çap et  çap et