525.Az

Türkmənistanda Beynəlxalq Turizm Sərgisi keçiriləcək


 

Türkmənistanda Beynəlxalq Turizm Sərgisi keçiriləcək<b style="color:red"></b>

Oktyabrın 9-10-da Türkmənistanın Avaza Milli Turizm Zonasında Beynəlxalq Turizm və Səyahət Sərgi və Konfransı keçiriləcək.

AzərTAc xəbər verir ki, sərgi və konfransda xarici turizm şirkətlərinin, eləcə də beynəlxalq turizm agentliklərinin, otel biznesində ixtisaslaşan müəssisələrin nümayəndələri, iş adamları, alimlər və mütəxəssislər iştirak edəcəklər.

Konfransda “Turizmdə təhsilin və yeniliklərin rolu”, “Türkmənistanda ekoloji turizmin əsas istiqamətləri” və s. mövzularda panel iclasları keçiriləcək.

 





06.10.2018    çap et  çap et