525.Az

Nurməhəmmədovun meneceri saxlanıldı


 

Nurməhəmmədovun meneceri saxlanıldı<b style="color:red"></b>

"UFC"-nin yüngül çəki dərəcəsində çempionu rusiyalı Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov Las-Veqasda keçirilən "UFC-229" turniri zamanı saxlanılıb.

Trend-in məlumatına görə, Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında keçirilən döyüşdən sonra zalda kütləvi dava baş verib və hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalı idmançının menecerini saxlayıblar.

Xatırladaq ki, bu gün UFC-nin yüngül çəki dərəcəsində rusiyalı qalibi Həbib Nurməhəmmədov irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor üzərində "UFC-229" çempionatı çərçivəsində qalib gəlib. Rusiyalı idmançı rəqibi üzərində qələbə qazanaraq "UFC" çempionu titulunu qoruyub. Döyüş H.Nurməhəmmədovun 4-cü raundda rəqibinə qarşı boğucu fənd tətbiq eləməsindən sonra başa çatıb.

Döyüş bitdikdən sonra zalda kütləvi dava baş verib. H.Nurməhəmmədovun və K.Makqreqorun komandalarının iştirakı ilə tamaşaçıların olduğu yerdə başlayıb və sonra oktaqonda davam edib.

İnsidentin mühafizəçilər və zalda olan döyüşçülərin köməyi ilə qarşısını almaq mümkün olub. Ara sakitləşəndən sonra "UFC"-nin prezidenti Deyna Uayt K.Makqreqorun komandasına xəbərdarlıq edib.

 





07.10.2018    çap et  çap et