525.Az

İlhamə Quliyevanın oğlu həbs edildi


 

İlhamə Quliyevanın oğlu həbs edildi<b style="color:red"></b>

Mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov həbs edilib.

525.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, O.Nadirov dünən Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

İttihama görə, Orxan Nadirov işə düzəltmə adı ilə zərərçəkmiş şəxsin 69 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb. O, ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.

İlhamə Quliyeva 2016-cı il fevralın 25-də 73 yaşında dünyasını dəyişib.

 





07.10.2018    çap et  çap et