525.Az

Milli Şuradan Rüstəm İbrahimbəyovla bağlı qərar


 

Milli Şuradan Rüstəm İbrahimbəyovla bağlı qərar<b style="color:red"></b>

Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun Təşəbbüs Qrupunun toplantısı keçirilib.

APA-nın məlumatına görə, toplantıya Milli Şuraya daxil olan partiyaların üzvləri qatılıblar.
 
“El” Hərəkatının üzvü Eldəniz Quliyevin sədrliyi ilə mətbuat üçün qapalı keçirilən toplantıda R. İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
 
Toplantıda ALP İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə Təşəbbüs Qrupunun sədri və Rüstəm İbrahimbəyovun MSK-da səlahiyyətli nümayəndəsi seçilib.
 
Təşəbbüs Qrupu müvafiq sənədləri hazırlayaraq MSK-ya təqdim edəcək.

 





12.08.2013    çap et  çap et