525.Az

Türk Şurası Azərbaycanda gerçəkləşəcək


 

Türk Şurası Azərbaycanda gerçəkləşəcək<b style="color:red"></b>

Türk Şurası Dövlət Başqanları Zirvəsinin üçüncüsü bu il Azərbaycanın ev yiyəliyində gerçəkləşəcək.

Türkiyə Prezidenti Abdullah Gülün də iştirak edəcəyi zirvənin əsas gündəm maddələrini nəqliyyat və xəbərləşmə sahələri təşkil edəcək. Zirvədən əvvəl xarici işlər nazirləri 15 Avqust günü bir araya gələrək uluslar arası və regional mövzuları müzakirə edəcək. Bundan bir gün sonra da dövlət başqanları zirvəsi təşkil olunacaq.

Türk Şurası Dövlət Başqanları Zirvəsində Abdullah Gül, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırqızstan prezidenti Almazbək Atambayev iştirak edəcək. Türk Şurasnda üzv ölkələr arasındakı əməkdaşığı irəli pillələrə qaldıracaq anlaşmalar imzalanacaq. Xüsusilə Pekini London ilə əlaqələndirəcək Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin axırıncı vəziyyəti müzakirə ediləcək.

trtazerbaycan.com

 





12.08.2013    çap et  çap et