525.Az

Fazil Mustafa prezidentliyə namizəd olmayacağını açıqlayıb


 

Fazil Mustafa prezidentliyə namizəd olmayacağını açıqlayıb<b style="color:red"></b>

 Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa prezidentliyə namizəd olmayacağını açıqlayıb.

APA-nın məlumatına görə, Fazil Mustafa “facebook” səhifəsində yerləşdirdiyi bildirişdə qeyd edir ki, bu ilki prezident seçkilərində iştirakla bağlı Böyük Quruluş Partiyası Ali Məclisinin qərarı olub: “Namizədliyimiz irəli sürülüb-sürülməyəcəyi ilə bağlı cəmiyyətdən vaxtaşırı suallar da ünvanlanırdı. Partiya rəhbərliyində ciddi müzakirələrdən sonra namizədliyimi irəli sürməmək barədə qərara gəldim. Partiya üzvlərimiz seçkidə qeydiyyatdan keçmiş namizədlərdən hər hansı birini dəstəkləməkdə sərbəst olacaqlar”.

 





13.08.2013    çap et  çap et