525.Az

UEFA Ukrayna klubunu Çempionlar Liqasından uzaqlaşdırdı


 

UEFA Ukrayna klubunu Çempionlar Liqasından uzaqlaşdırdı<b style="color:red"></b>

UEFA Ukraynanın "Metallist" (Xarkov) klubunu Çempionlar Liqasından kənarlaşdırıb.

Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, buna klubun adının danışılmış oyunlarda iştirakı səbəb olub. 2008-ci il aprelin 19-da Ukrayna Premyer Liqası çərçivəsində baş tutan "Metallist" - "Karpatı" matçında nəticənin əvvəlcədən razılaşdırıldığı təsdiqlənib.

Qitənin ali futbol qurumunun qərarı yalnız cari 2013/14 mövsümünü əhatə edir.

“Metallist” bununla əlaqədar Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyini açıqlayıb.

Qeyd edək ki, "Metallist" ÇL-də "pley-off"a qədər yüksəlmişdi. Klub bu mərhələdə Almaniyanın "Şalke" klubu ilə qarşılaşacaqdı.

 





14.08.2013    çap et  çap et